Kolumbiyanın paytaxtında etirazlar zamanı 90-dan çox insan xəsarət alıb

Kolumbiyanın paytaxtı Boqotada keçirilən küçə nümayişləri zamanı son sutkada 90-dan çox insan - 72 mülki şəxs və 19 polis xəsarət alıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin daxili işlər naziri Luis Ernesto Qomes bildirib.

O, etirazçıların çərşənbə axşamı 15 stasionar polis postunu yandırdığını söyləyib.

Boqota meri Klaudia Lopes ciddi iğtişaşlar fonunda şəhərə qoşun yeridilməsi ehtimalını rədd edib, lakin küçələrdəki şiddəti qınayıb və onun dayandırılmasını tələb edib.

Kolumbiya Ombudsmanı ofisinin verdiyi məlumata görə, Kolumbiyada son bir həftədə etirazlar zamanı baş verən toqquşmalarda 18 etirazçı və 1 polis zabiti ölüb, 89 nəfər itkin düşüb.

Kolumbiyada vergi artımlarına qarşı nümayişlər artıq ikinci həftədir davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar