Menu

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 89-açatıb

13.05.2021, 13:49
İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 89-açatıb

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 89-a çatıb.

APA-nın xəbərinə görə, İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 83nəfər həlak olub.

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 17-si uşaq, 7-si qadındır.

"HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.

Tərəflər bir-birinə raket zərbələri endirib.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol