Menu

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb - VİDEO

16.05.2021, 22:18
Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb -  VİDEO

Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb. APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib. Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Şərhlər

Xalq 2021-05-17 00:15:13

amerikan kinolarında olduğu kimi polislər dava qurtarandan sonra gəlir! svanlar çox erməni kimi qudurmayın, sizin də kəfinizi alan tapılar!

Xalx 2021-05-16 23:41:10

Cəmi 35-40 min svan var dünyada... Gürcüstanda 300 min azərbaycanlı yaşayır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol