Menu

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28.05.2021, 21:10
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin teleqülləsi və şəhər şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhərin əsas simvollarından biri 28 May - Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi Şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol