"Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir" - Dövlət Komitəsinin sədri

"Milli Qurtuluş Günü imzalanan Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi yeni bir dirilişin, yenidən doğuluşun müjdəsidir".

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Şuşa Bəyannaməsindən danışan Dövlət Komitəsinin sədri deyib:

"Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir".

Qeyd edək ki, iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

635x100

Şərhlər

t.ədalət 2021-06-16 08:56:48

Qars yox,Batum müqaviləsinin davamıdır.Həmin müqaviləni Demokratik Cümhuriyyətimiz dövründə bağladılar.Bu,onun davamıdır.

.EJDER lox 2021-06-15 23:09:01

HICRANLA YERDEYIWMWDEN RAMIZ INCIYIF,AYE

Eli 2021-06-15 21:05:39

5-ci kolonun en parlaq simalarindan biri...

Son yazılar