AVRO-2020: Fransa Almaniya üzərində qələbə ilə başlayıb

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son matçı F qrupunda keçirilib.

“Rizəspor”un prezidenti istefa verib “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib Türkiyənin səyahət şirkətləri AVRO-2020 ilə bağlı məlumatlandırılıb Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

“Ölüm qrupu”nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb. Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

AVRO-2020

I tur, 15 iyun

F qrupu

23:00. Fransa – Almaniya – 1:0

Qol: Mats Hummers, 20 (avtoqol)

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Münhen. “Allyans Arena”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar