TER-PETROSYAN AĞIR MƏĞLUBİYYƏTƏ UĞRADI - Cəmi 1.54 faiz

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) növbədənkənar parlament seçkilərində ağır məğlubiyyətə uğrayıb.

“AzPolitika.info” xəbər verir ki, birinci prezidentin partiyası rəsmi nəticələrə görə, cəmi 1.54 faiz səs toplamaqla, autsayderlər sırasına qatılıb. Partiyaya cəmi 19 min 647 seçici səs verib.

Marqlıdır ki, seçki öncəsi böyük əks-səda yaradan açıqlamaları və müsahibələri ilə yadda qalan Ter-Petrosyan sesçicilərin ümumi rəyinə ciddi təsir göstərə bilməyib. Xüsusilə də ermənilərin çoxunun Nikol Paşinyanın “mənəvi atası” hesab etdikləri Ter-Petrosyanın seçkidən bu dərəcədə aşağı göstəricilə çıxması müəyyən dərəcədə təəccüblə qarşılanıb. Görünür, ermənilər “atadansa oğula səs verməyi” doğru hesab ediblər.

Bir daha xatırladaq ki, 20 iyunda Ermənistanda keçirilən erkən parlament seçkilərində 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 281 174 və ya 44,4 % səsvermədə iştirak edib. Seçici fəallığı 49,4% olub.

MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb. “Parlaq Ermənistan” 1,22% (15 557 seçici), Erməni Milli Konqresi 1,54% (19 647 seçici) səs toplayıb.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar