"BU, DÜŞMƏNDƏ ŞOK YARATDI..." - Nazir Vətən müharibəsinin başladığı ilk saatlardan danışdı

"Sentyabrın 27-də saat təxminən 5-i keçmişdi ki, düşmənin intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutması ilə bağlı mənə məruzə olundu. Təbii ki, mən dərhal iş yerinə gəldim və müvafiq tapşırıqlarımı verdim".

Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real tv"yə müsahibəsində deyib.

"Saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başlamışdılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Dərhal mən Ali Baş Komandana məruzə elədim və Ali Baş Komandan müvafiq tapşırıqlar aldım. Eləcə də, əks-hücumla "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi ilə bağlı göstəriş aldım. Beləliklə, Azərbaycan Ordusu əməliyyatlara başladı", - nazir əlavə edib.

"Ermənilərin əsas ümidi ön xətdə yaratdıqları istehkam qurğularına idi. Onlar hətta bu istehkamlara müxtəlif adlar da vermişdilər. Bizim hərbçilərin, əsgərlərin qəhrəmanlığı və yüksək səviyyədə peşəkarlığı minalanmış ərazilərdən keçərək ön xəttin yarılmasında böyük rol oynadı" -deyə, Zakir Həsənov bildirib.

"Bizim ordu korpuslarının həmlə, kəşfiyyat və tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Bizim ordunun bu sürəti, yüksək peşəkarlığı Ermənistan ordusunda şok yaratdı. Biz bunu da hiss edirdik. Sürətli hücum isə bizim gələcək qələbəmizin təməli qoydu", - nazir əlavə edib.

Zakir Həsənov deyib ki, düşmən öz qüvvələrini düzgün qiymətləndirə bilməyib: "Ermənistanın hərbi rəhbərliyi çıxışlarında bildirib ki, onların idarəçiliyində səriştəsizlik var idi...Müharibənin yeddinci günü mən hiss etdim ki, Ermənistanın hərbi rəhbərliyi ordunu idarə edə bilmir. Müharibə zamanı idarəçilik çox mühüm məsələdir. İdarəçiliyin düzgün təşkili üçün böyük məbləğdə pul xərclənir, avadanlıqlar alınır və s. Bəzi hallarda düşünürdüm ki, düşmən tərəfindən bu əməliyyatları hərbçi idarə etmir.

Hücumun təşkilində qərarsız olublar, nə aviasiya dəstəyi olub, nə artilleriya. Bu müharibə göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin ordu idarəçiliyi yüksək səviyyədə qurulub”.

Z.Həsənov onu da əlavə edib ki, o, döyüş meydanında baş verən bütün prosesləri izləyib: “Ali Baş Komandan da müharibənin gedişatını izləyirdi və öz istiqamətlərini verirdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar