"MÜNAQİŞƏ BİTİB, DAĞLIQ QARABAĞ ADLI ƏRAZİ VAHİDİ YOXDUR!" - "Ermənistan bilməlidir ki, biz heç nəyi unutmamışıq..." (TAM MƏTN + VİDEO)

"Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar"

"Biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq"

"Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq, öz hərbi gücümüzü artıracağıq"

"Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik"

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söyləyib. Həmin çıxışın tam mətnini təqdim edirik:

“Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, görüşümüzün əvvəlində Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Əyləşin.

Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.

Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.

Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu.

Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır.

Bir daha demək istəyirəm ki, bizim hazırlığımız hərtərəfli olmalı idi. Çünki biz, ilk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Mən bu barədə müharibədən əvvəl dəfələrlə öz fikirlərimi bildirirdim və vətəndaşlara bu fikri çatdırmağa çalışırdım ki, bu, münaqişənin həlli üçün əsas amillərdən biridir. Çünki biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. 

Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi.

Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. 

Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq.

Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq.

Bununla paralel olaraq biz iqtisadi güc toplamalı idik. Bizim hazırlıq işlərimizdə bu amil deyə bilərəm ki, aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. 

Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər.

Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! 

Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına. Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, - biz buna nail olduq, - həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi.

Bütün başqa sahələrdə hazırlıq gedirdi. Bizim texniki imkanlarımız böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Biz bizdə mövcud olan texnikanı səfərbər etmişik və bu gün postmüharibə dövründə bu imkanlardan istifadə edirik.

Biz indi böyük quruculuq işlərinə start vermişik. Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.

Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.

Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər.

2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi. Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi. Eyni zamanda, Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Bir çox generallar vəzifələrindən qovuldular. Əgər onlar qalib gəlmişdilərsə, nə üçün bu insanlar öz vəzifələrindən qovulmuşdular? Biz Aprel döyüşlərindən sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik. Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq.

Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Halbuki, müharibə dövründə mən dəfələrlə öz çıxışlarımda və müsahibələrimdə deyirdim ki, biz dayanmağa hazırıq. Mən Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni hərbi birləşmələri çıxır, o tarixi bizə versin və biz müharibəni dayandırırıq. Ancaq Ermənistan tərəfi yenə də bu şansı itirdi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Mən bu rəqəmləri səsləndirmişdim, siz yaxşı bilirsiniz.

Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan ordusu yoxdur -336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər qurğuları məhv edilib, artilleriya qurğuları. Yəni, Ermənistan ordusu yoxdur. Müharibə dövründə, - artıq bu da sirr deyil, - vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər. Biz Şuşanı işğalçılardan azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar.

Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.

Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır.

Ancaq bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi.

Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.

İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından.

Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.

Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. 

Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.

Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. 

Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Əziz hərbçilər, bu gözəl bayram günündə sizinlə görüşmək mənim üçün çox xoşdur. Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Şərhlər

t.ədalətə 2021-06-28 09:34:36

MÜSTƏQİL AZƏRBAYCAN ərazisinin V.V.Putinə nə aidiyyatı var? Hələ də qanlı genosid təşkilatçıları olan Azərbaycan VƏTƏNDAŞLARI R.Köçəryan və S.Sərkisyanı mühakimə belə etməyən Azərbaycan DQ işğalçı qalıqlarını tolerantca saxlamaq xəyalətindədır?

Veteran 2021-06-27 23:43:13

ALLAH QÜVVƏT VERSİN !

t.ədalət 2021-06-27 11:00:57

Putin üçün hələ də belə bir bölgə var.Oranı ruslaşdırmaq istəyir...

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price