LAÇINDA HƏRBİ YÜK AVTOMOBİLİ QƏZAYA UĞRADI - İki hərbçi həlak olub + FOTO

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

JJ 2021-06-30 03:51:37

Allah qardashlarimiza rehmet elesin!

İ.Mustafaoğlu 2021-06-28 23:24:37

Allah rəhmət eləsin, yerləri cənnəti-məkan olsun!

Xalq 2021-06-28 19:58:22

Allah rəhmət eləsin!

Son yazılar