15 ERMƏNİNİN ƏVƏZİNƏ İKİ RAYONUN MİNA XƏRİTƏLƏRİ ALINDI - Rəsmi açıqlama

Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir", - deyə məlumatda bildirilir.

Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

635x100

Şərhlər

Azər 2021-07-04 23:17:19

Hansı qarantiya var ki.həmin ermənilər yenidən silahlanıb Azərbaycanda təxribat törətməyəcəklər?

kasıb 2021-07-04 17:59:47

neçə milyard verildi putinə?

Ağasəf Qədirov 2021-07-04 13:51:38

Gözəl alış verişdir çox ucuza 92 min mina

Niyaməddin 2021-07-04 09:14:16

1:1

Eko 2021-07-03 22:47:00

Salam aleykum ,,,,,,

Son yazılar