RÜSTƏM MURADOV İRƏVANDA AÇIQLAMA VERİB - "Xəritələri təhvil verdim..." + FOTO

“Bu gün şəxsən Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən iki rayonun minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçisini sərbəst buraxdı”.

Bu fikirləri Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlayıb.

General bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam etdirəcək.

635x100

Şərhlər

HAFIZ 2021-07-05 16:11:09

RÜSTƏM MURADOVUN YANINDAKI KİMDİR?

Hafiz 2021-07-05 09:20:32

rüstəm muradovun yanındakı kimdir? Bilən varsa yazsın.

Roma 2021-07-04 12:08:18

Ay rusun müsəlman generalı, nə fəxrlə danışırsan: əvvəla yerə mina basdıranı tap və məcburi çıxartdır, 2-cisi cinayətkarıda aç burax edirsən və deyirsən minalanmış xəritə ilə dəyişdim,...hər iki halda uduzan bizik. Bizimki gedib atasının məzarını ziyarət edir, erməni tutub 20-25 il iş verir və həbsxanaya ataraq zülüm verir, biz hərbi cinayəkarı tutub, gündə 3 dəfə hərtərəfli soklu-kompotlu qidalandırırıq və 6ay nə bilim 1 il, ən uzağı2-3 il iş veririk...nə isə arqumentimiz də biz humanistik...istəmirəm belə humanistliyi...

Rasim Vəliyev 2021-07-04 11:10:25

Əgər Muradov həqiətən süh məramlı qoşunların komandiridirsə və o Azərbaycan ərazisində bu missiya ilə məşğuldursa o zaman onun Yeredvanda nə işi var?

Son yazılar