ÜÇ ÖLKƏNİN SƏFİRİ ŞUŞAYA GETMƏKDƏN İMTİNA EDİB - Onların bu cür qeyri-diplomatik demarşının səbəbi nədir?

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

Maraqlı və qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək, təxminlər yürütmək lazım gəlir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və İrəvanla körpüləri yandırmaq istəmirlər. Hərçənd aydın deyil ki, əhalisi lap münaqişənin əvvəlindən azərbaycanlılardan ibarət olmuş Şuşanın Qarabağda yaşayan ermənilərə nə dəxli var.

İstər belə, istər elə, bu demarş Azərbaycanın həmin ölkələrlə gələcək münasibətlərinə təsirsiz ötüşməyəcək. Ən azından, Fransanı istisna etməklə, Azərbaycan ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşdu. Və belə mövqe ictimaiyyətin nəzərində həmin ölkələrlə gləcək münasibətlərin inkişafına ciddi ziyan vurmuş olacaq. Onların hərəkəti təkcə Azərbaycan hökumətinə deyil, bütün ölkə ictimaiyyətinə qarşı təhqirdir.

Vaşinqtonun ermənipərəst mövqeyi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Bəs Azərbaycana dost hesab edilən Rusiyanın hərəkətini necə izah edək? Axı bu ölkə Qarabağ məsələsinin ədalətli həllinin qarantı kimi çıxış edirdi. Son on il ərzində ilk dəfədir ki, Rusiya diplomatı ABŞ diplomatı ilə bu cür həmrəylik nümayiş etdirir. Görəsən səfir bu təlimatı Kremldən alıb?

Səfirlərin bu demarşı xeyli suallar doğurur. Axı səfərin məqsədi dünya ictimaiyyətinə Azərbaycan mədəniyyətinin erməni vandalları tərəfindən necə dağıdıldığını çatdırmağa yönəlmişdi.

İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Minsk Qrupunun müharibənin nəticələrinin aradan qaldırılmasında, xalqlar arasında sülhün əldə olunmasında dəstəyinə ümid edir. Lakin belə görünür ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsi yolunu seçiblər. (virtualaz.org)

635x100

Şərhlər

Vətəndaş 2021-07-12 14:05:56

Bu məsələdə Möhtərəm Prezidentin qəti mövqeinə ehtiyac var.Rusiyanın bizə düşmən mövqedə olduğu oların indiki vəziyyətdə erməniləri bi tərəfli qaydada silahlandırmaq və "sülh məramlı" adı ilə Azərbaycana qoşun yeridib Ermənilərə havadarlıq etməsi tam sübuta yetirdiyindən Rusiyadan uzaqlaşmaq taktikası yürüdülməlidir.Azərbaycanın xilası yalnız bundadır.Sonra isə özümüzə müttəfiq olanlara hörmətlə yanaşmalıyıq.

Xalq 2021-07-11 18:17:02

minsk qrupunu atın zibil qutusuna! onlardan bizə dost olmaz!

Seyid Əbhu 2021-07-11 17:26:47

Heç vaxt Virtual.org-un bir yazısını oxumamışam və oxumayacağam da. Təkcə bircə cümlə kifayət edir ki, yazı müəllifinin movqeyini müəyyən edəsən. Sayt yazır ki, dost Rusiyanı anlamaq çətindir. Rusiyaya dost deyə biləcək bircə azərbaycanlı tapmamq mümkündürmü? Mən inanmıram. Və ümidvaram ki, heç kim də inanmır. Bunu ancaq işi Rusiyadan aşanlar deyə bilər. Onu da dildə. Ürəkdə isə hamı bu ölkədən əl-həzər edir. Millətlər bu ölkənin əlindən zinharə gəlib. Belə amansıza dost demək cahillik, qorxaqlıq, mütilik, qul olmaq isəyindən irəli gəlir. Xalqlar xilas olacaq , amma siz və sizinkilər qul olaraq qalacaqsınız.

Eli 2021-07-11 15:03:17

Bu ölkeler dunyada demokratiya carçısı ve özlerini sülhmeramlı kimi göstermek isteyirdiler.Ancaa bu gün onların esl süfeti göründü.Belelerinin bir adı var hamsı dövlet olmasından asılı olmayaraq-“Siyasi tülküler”.Bunlar dünyada xristian olmayan ölkelerin ekseriyyetine bu münasibeti gösterir ancaq müselman dövletleri ayılmır ki,ayılmır ve birleşmirler ki birleşmirlet.Baxın İranın yük maşınları Xankendine yük daşıyır maşınların üzerimde “Tebriz”yazılıb yeni Cenubi Azerbaycanın tarixi paytaxtı .Sen düşmençiliyin son hedfine bax bizi qıra ermenistana ermenilere öz doğma qardaşlarımız-İran szerbaycanları kömek edir.

turan 2021-07-11 14:53:55

"sevimli" minsk qrupu. Ermənilərin atası, anası və qardaşı

t.ədalət 2021-07-11 12:33:08

Rusiyanı Azərbaycanın dostu hesab etmək olmazr.Üç yüz ildən bəri bizi qıran,soyqırıma məruz qoyan,müstəqilliyimizi məhv edən,ərazilərimizi işğal altında saxlayan,məgər,Rusiya deyilmi?...Azərbaycan vətəndaşları Rusiyanın kimliyini yaxşı bilir.

Niyaməddin 2021-07-11 11:23:26

Lənət olsun belə həmsədrlərə ki, biz onları nəsə hesab edirik. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir deyib, bunları cəhənnəmə vasil etmək lazımdır. Mövqeyimizi qəti şəkildə ortaya qoymaq zamanı çoxdan keçib. Biz din ayrı-seçkiliyi salan millət deyilik. Amma onlar müsəlmanları özlərinə ən böyük düşmən hesab edirlər. Virtual.az saytından onu da soruşmaq istəyirəm ki, bu terrorçu Rusiya nə vaxtdan bizə dost olub...? Niyə belə lüzumsuz cümlələr işlədib əsəblərimizlə oynayırsınız? Siz vətənpərvər insanların mövqeyindən çıxış etməlisiniz. Haqqı haqq, nahaqqı nahaqq deyin, sağa sola əyilməyin...!

Son yazılar