PAŞİNYAN ÇARƏSİZCƏ NALA-MIXA VURUR - Rəsmi İrəvan ya Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülhə razılaşmalı, ya da...

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla bağlı iki gün əvvəl verdiyi açıqlamalara Ermənistandan dərhal reaksiya gəlib.

Xatırladaq ki, dövlət başçısı 10 noyabr bəyanatına uyğun olaraq regionda kommunikasiyaların açılmasının vacibliyini bildirib və sülh sazişinin imzalanması üçün İrəvanı konkret addımlar atmağa çağırıb: "…Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər…"

Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan isə hökumətin iclasında iddia edib ki, Bakı bu istiqamətdə addımlar atmaq istəmir: "Azərbaycan hakimiyyətinin mövqeyi göstərir ki, Bakı regional kommunikasiyaların açılmasını istəmir və Errmənistanı blokadada saxlamaq niyyətindədir”.

Bundan başqa Paşinyan Azərbaycan qoşunlarının may ayından bəri Ermənistan ərazisinə daxil olduqları və orda qaldıqları barədə yalan iddiaları təkrarlayıb.

O yenə deyib ki, Azərbaycanla həmsərhəd bölgələrə Rusiya sülməramlıları və beynəlxalq müşahidəçilər yerləşdirilməli, daha sonra isə delimitasiya işinə başlanmalıdır.

Paşinyan bildirib ki, İrəvan bu istiqamətdə artıq öz partnyorları ilə, ilk növbədə Rusiya birgə işləsə də, Bakı bu təklifə heç bir reaksiya verməyib: “Bakının taktikasını irəlicədən görmək asandır və bu taktika dəyişməyib: Onlar sülhsevər bəyanatlarına baxmayaraq hər şeyi edirlər və edəcəklər ki, regionda sülh prosesi pozulsun. Onlar həm də bəyan edirlər ki, Ermənistan guya sülhün və sərhədlərin müəyyən edilməsinə qarşıdır”.

Xatırladaq ki, Rusiya rəsmiləri, o cümlədən son dəfə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Qarabağdakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

Qəribə də olsa, Paşinyan Azərbaycanın Zəngəzur dəhliziinin açılması barədə bəyanatlarından çaşqınlıq keçirdiyini deyib.

Paşinyan iddia edib ki, Azərbaycanın bu kimi bəyanatları Moskvada yanvarın 11-də üç liderin imzaladıqları bəyanata ziddir: “Mənim baş verənlər barədə fikrim birmənalıdır: Azərbaycan belə bəyanatları üçtərəfli komissiyanın işini pozmaq və kommunikasiyaların açılmasına yol verməmək üçün edir. Amma biz üçtərəfli qrupdakı işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq və rusiyalı və beynəlxalq partnyorlarımızla birlikdə kommunikasiyaların açılmasına nail olaq”.

Ermənistanın baş nazir əvəzi Qarabağda qalan ermənilərin statusu ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara başlanmasına tərəfdar olduğunu deyib.

Paşinyan xatıladıb ki, burada üç əsas prinsip var: millətlərin öz müqəddəratını təyinetmə hüququ, zorakılığa əl atılmaması və ərazi bütövlüyü: “Aydındır ki, biz qızğın şəkildə Artsax (Qarabağ – red) xalqının öz müqəddaratını təyin etməsinə çalışacağıq”.

Paşinyan daha sonra deyib: “Heç nəyə baxmayaraq Ermənistan öz ərazi bütövlüyü və suverenliyinin müdafiəsi üçün, Rusiya-Ermənistan birgə hərbi qüvvəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə edəcəkdir”.

Qeyd edək ki, müharibədən sonra imzalanmış atəşkəs bəyanatında regionda bütün kommunikasiyaların açılması məsələsi əksini tapıb və Azərbaycan bu məsələdə ən fəal tərəfdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin bir hissəsi bu kommunikasiyaların (dəmir yolu və avtomagistral) bərpa olunması istiqamətində aparılır.

Bu, layihələr Azərbaycanın da iştirakçısı olduğu beynəlxalq dəhlizlərin bir hissədir. Onun reallaşması regionun digər ölkələrinin - Rusiyanın, İranın və Türkiyənin də maraqlarına uyğundur. Bu barədə adıçəkilən ölkələr ən yüksək səviyyədə mövqe ifadə ediblər.

Paşinyan Azərbaycanın Ermənistanın iqtisadi blokadasını davam etdirdiyini iddia edir. Bəli, bu bloka 90-cı illərdən başlayaraq işğalçı ölkəyə qarşı tətbiq olub və nəticədə Ermənistan regionda Azərbaycanın liderliyi ilə həyata keçirilmiş transmilli layihələrdən kənarda qalıb. Bakının cəmi bir şərti olub ki, Ermənistan işğala son qoyub Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, onun bu layihələrdə iştirakına şərait yarada bilər. Amma İrəvan təcavüzkar siyasətindən imtina etməyib.

Uzun müddət davam edən gərginlik məntiqi nəticə veri. Ötən il baş verən 44 günlük müharibədə Ermənistan sarsıdıcı məğlubiyyətə uğrayıb. Azərbaycan rəhbərliyində gözləntilər var ki, nəhayət İrəvan reallıqları dərk edib bölgədə sülh və sabitliyi təmin edəcək addımlar ataraq, genişmiqyaslı regional əməkdaşılığa başlayacaq.

Əlbəttə, bunun ilk şərti Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demakrasiyası ola bilərdi.

Amma Paşinyanın son açıqlamasından görünür ki, o bu addımı atmaq istəmir, əvəzində ümid edir ki, Azərbaycanın kommunikasiyaları qeyd-şərtsiz açaraq Ermənistanı iqtisadi blokadadan çıxaracaq.

Əlbəttə, bu, məntiqə uyğun deyil və Azərbaycanı buna məcbur edəcək heç bir faktor, siyasi şərait də yoxdur. İndi Ermənistan özü seçim etməlidir - ya sülhü, ya da münaqişəni davam etdirməyi seçməlidir.

Sülh müqaviləsi üçün Ermənistan Zəngəzur bölgəsi də daxil bütün sərhədlərin dəqiqləşdirilməsinə razılşmalı, işğaldakı anklav kəndlər Azərbaycana qaytarılmalı və Azərbaycana ərazi bütövlüyü tanınmalıdır. Ermənistanın belə bir addım atması üçün zamanı daralır.

Bunun alternativi müharibədən əvvəlkinə bənzər gərginliyin davam etdirilməsidir ki, 44 günlük savaşda darmadağın edilmiş Ermənistanın buna nə iqtisadi, nə siyasi, nə də hərbi gücü var.

Təcrübə göstərir ki, Rusiyaya, KTMT-yə güvənmək də boş, mənasız ritorikadır. Ən yaxşı seçim Azərbaycanın beynəlxalq hüquqa, ədalətə, iqtisadi inkişafa əsaslanan tələblərini qəbul edib yeni səhifə açmaqdır.

Paşinyanın Qarabağda qalan azsaylı erməni əhalisinin statusu haqqında danışdıqları da daxili auditoriyaya yönləmiş qeyri-real söhbətlərdir. Doğrudur, bu məsələ benəlxalq səviyyədə tez-tez gündəmə gətirilir və ATƏT-in Minsk Qrupunun dirçəldilməsi cəhdləri də müharibədən əvvəlki danışıqlar formatının, mövzularının bərpa olunmasına yönəlib.

Amma müharibə bölgədə status-kvonu tamamilə dəyişib, indi ortada tamamilə yeni reallıqlar mövcuddur. Paşinyan nəzərə almalıdır ki, 30 ildə Qarabağa konfliktini həll etməyən vasitəçilər bir 30 ildə keçsə, Qarabağada yaşayan ermənilərə hər-hansı status biçə bilməyəcəklər.

E. Rüstəmli

"AzPolitika.info"   

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Kaku 2021-07-17 06:09:57

Rusiya sulh muqavilesine icaze vermir yoxsa pasinyan agilli adamdi sulh muqavilesini coxdan imzalamisdi xankendindende cixmisdi.pasinyana qarabag lazim deyil qarabag leyaqetsiz rusiyaya lazimdi

B.Qarabağlı 2021-07-16 23:09:49

Məncə SÜLHÜ, özünü blokadaya salmış Ermənistan istəməlidir? Azərbaycan isə orada və burada azərbaycanlı ailələrindən zorla alınmış əzəli insani hüquqlarını, mülklərini iddia etməlidir!

Xalq 2021-07-16 19:25:23

Düppədüz, karapetin ağılı olsaydı nə vardıki!

Son yazılar