Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 414 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, bu günə qədər isə ümumilikdə 3 929 320 test icra olunub.


Şərhlər
Bu qədər dövlət və özəl xəstəxanalarda gah 1200.bəzənisə 60-70 xəstə sağalır.Bu statistika yanlışıdır,yoxsa səhiyyə istirahətdədir? Bu rəqəmlər fiksiya deyilmi?
Yayda isti havada virus olmur.Yenə,deyəsən nə isə fikirləşirlər.