“ABŞ dünyada ən böyük kiberhücum mənbəyidir” - ÇXR XİN
Çix Xalq Respublikası Xarici İşlər Nazirliyi (ÇXR XİN) bu ölkənin xüsusi xidmət orqanlarının xakerlərə dəstək verdiyinə dair Amerika Birləşmiş Ştatlarının (ABŞ) ittihamını təkzib edib.
Bu barədə iyulun 20-də «CGTN» agentliyi xəbər verib. Ənənəvi brifinqdə Çin XİN-nin rəsmi nümayəndəsi Çjao Litszyanın bəyan etdiyi kimi, Vaşinqtonun və onun müttəfiqlərinin bəyanatının heç bir əsası yoxdur və siyasi motivli böhtandır.
“Faktiki olaraq, Birləşmiş Ştatlar dünyada ən byük kiberhücum mənbəyidir. Kompüter şəbəkələrində fovqəladə situasiyalara reaksiya verilməsi üzrə Çin milli qupunun məlumatına görə, Çindən kənar 52 minə yaxın ziynkar proqramlı server 5 milyon 300 min «host»u 2020-ci ildə Çin daxilində nəzarət altına alınıb. ABŞ və onun NATO üzrə müttəfiqləri nəzarət olunan «host»ların sayına görə, lider üçlüyə daxildir”– deyə, Çjao Litszyan bəyan edib.
O, xatırladıb ki, ABŞ Danimarkanın kəşfiyyat xidməti ilə müttəfiq ölkələrin rəhbərlərini izləmək üçün elektron izləmə əməkdaşlığı edib.
Diplomat həm də qeyd edib ki, Çin kiberhücumun istənilən formasına qarşı çıxır və özünün kiberməkanını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
“AzPolitika.info”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.