“ZƏNGƏZUR DƏHLİZİ OLMAMALIDIR...” – Fransa səfirindən həddini aşan açıqlamalar

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa tərəfi növbəti dəfə birmənalı olmayan açıqlama ilə çıxış edib.

Modern.az xəbər verir ki, ölkənin Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni xidmətinə geniş müsahibə verib.

Müsahibə sırasında səfir bir neçə qalmaqallı tezislə çıxış edib. Belə ki, Lakot Qarabağın statusunun həll olunmadığını söyləyib.

Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.

Ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxıb.

““Dəhliz” terminindən imtina olunmalıdır. “Dəhlizlər” diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi kimi. 2021-ci il 11 yanvarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında verilən və region ölkələri ilə qonşuları arasında əlaqə kanallarının bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmaq lazımdır."

Qeyd edək ki, daim ermənipətrəst mövqe sərgiləyən Fransanın səfirinin bu cür hədyanlar danışması əlbəttə ki, təəccüblü deyil. Təəccüblüsü, səfir olan kəsin imzalanmlış 10 noyabr və 11 yanvar sənədlərinin mahiyyətindən xəbərsiz olması və ya özünü bu cür göstərməsidir. 

İmzalanmış sənədlərdə Zəngəzur dəhlizinin adı olmaya bilər, amma kommunikasiyaların bərpası dedikdə səfir telefon rabitəsinin nəzərdə tutulmadığını bilməyəcək qədər savadsız ola bilməz. Zəngəzur dəhlizinin adı sənəddə göstərilməyib, amma aydındır ki, tərəflər arasında imzalanmış 10 noyabr razılaşmasının 10-cu bəndi məhz dəhlizin açılmasını nəzərdə tutur.

Sənədin 10-cu bəndinə diqqət edək: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir”. 

Bunu təmin edəcək isə ermənilərin də, səfirin də yuxusunu qaçıran Zəngəzur dəhlizidir ki, 11 yanvarda Moskvada imzalanmış bəyanatla kommunikasiyaların açılması üçün artıq işçi qrupları da yaradılıb. Yəni Zəngəzur dəhlizi hər iki razılaşmanın kənarında qalmır, əksinə onun mərkəzindədir.

Əlbətə, Fransanın “status”, “Minsk Qrupunun fəaliyyətinin bərpası haqda” çağırışlar altında pozucu fəaliyyətlə məşğul olduğu məlumdur. Ancaq səfirin həddini bu qədər aşması başadüşülən deyil.. 


Bəs, səfirin bəhs etdiyi və pis nümunə kimi adını çəkdiyi Dantsiq dəhlizi nə deməkdir? 

Məlumat üçün deyək ki, Dantsiq dəhlizi (tarixdə Polşa dəhlizi, Vistula dəhlizi kimi də tanınır) 1919-cu il Versal sülh müqaviləsi şərtlərinə əsasən, Baltik dənizinə çıxışı təmin etmək məqsədi ilə Almaniya ilə Polşa ərazidində yaranmış dəhlizdir. 200 km-dək uzanan Dantsiq dəhlizində Polşanın xüsusi hüquqları var idi. Amma 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə yiyilənməsi ilə Versal sülh müqaviləsinin şərtlərinin yenidən nəzərdən keçirilməsi gündəmə gəldi. 1938-ci ildən nasist hökuməti getdikcə daha israrla Dantsiq qaytarılmasını tələb edirdi. Bu dəhlizi bir bahənə hesab edən Hitler 1939-cu ildə Polşa ilə müharibəyə başladı və Almaniyanın sahilyanını iki yerə ayıran Dantsiq dəhlizini ərazisinə qatdı. Almaniyanın II dünya müharibəsində məğlubiyyəti nəticəsində isə almanlar buradan (indiki Qdansk) köçürüldü və yenə Polşa ərazinə qaytarıldı.

Fransa səfiri Dantsiq dəhlizini xatırlatmaqla  kimə, nə mesaj verdiyini yəqin ki, özü də bilmir. Bəlkə də öz dar məntiqi ilə demək istəyir ki, Zəngəzur dəhlizi yaranacaqsa, Ermənistan bununla razılaşmayıb nə vaxtsa yenidən müharibəyə başlaya bilər. Ancaq bu zaman Azərbaycan yalnız dəhlizlə kifayətlənməyib, tarixi torpaqlarımız olan bütün Zəngəzuru geri qaytara bilər. Ola bilsin  fransız səfiri narahat edən də elə budur...

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-07-24 01:03:47

Zəngəzur dəhlizi olmalıdır və olacaq! Sən isə yox olmalısan Fransa ilə birlikdə! Sizi də biz türklər yox edəcəyik, şərəfsiz, namussuz, vicdansız, terrorist, alçaqlar!

turan 2021-07-23 20:07:58

Siz bu qurbağa yeyənlərə fikir verməyin. Qurulduyub -qurulduyub dayanacaqlar.Əsas odur ki, onlardan uzaq dayanasan, yoxsa bədəni ziyil basar.

Nəbi 2021-07-23 19:24:13

Bu köpək uşağını görəndə Hitlerin "Dünya bir Dövlət olsa idi sənayesi Almanlardan, ordusu Türklərdən və fahişələri fransızlardan olardı" kəlamı yadıma düşür və çox düzgün düşünülmüş bir ideyadırr.

Vuqar 2021-07-23 15:19:46

LACIНDA-БAGLAНSIН--ZEGEZURDA!

esger 2021-07-23 15:18:07

Fransa səfiri XİNə caxırılmalı və ona ultimatum verilməlidir Əgər o fikri deyişməsə təkrar onu Fransaya deportasiya etmək lazımdır

VIDADI GOYCE 2021-07-23 15:09:12

FRANSADA COX ERLILIK FRANSIZ XALQININ \SHARL DE QOLL BURA AID DEYIL,ADETIDI R,BU FRANSIZDA BIZIM IREVANDA OTURUB OZ EXLAQINI NUMAYISH ELEYIR,ODA EXLAQ YOX COX ERLILIYIN BIR NOVUDUR.R

XALQIN TELEBINI ESHIDIN !!!! 2021-07-23 14:49:32

TECILI, LACHIN DEHLIZINE Azerbaycan ORDUSU , Azerbaycan GOMRUK KOMITESI , Azerbaycan DTX , Azerbaycan SERHED QOSHUNLARI , Azerbaycan CHEVIK POLIS PEATRUL QUVVELERI NEZARET ETMLIDIR , HOKMEN ve MUTLEQ , bu Azerbaycan XALQININ CIDDI TELEBIDIR !!!!!! BESDIR , Minsk qrupu hemsedrler ( ABŞ , Fransa , Rusiya ) formatina SELAHIYYET , IXTIYAR VERILMEYIB ki , Azerbaycan XALQININ TELEBINE QARSHI , DELEDUZLUQ , FIRILDAQCHILIQ , TEXRIBATCHILIQ OYUNBAZLIQI ile MUBARIZE ETMEYE CHALISHA BILSIN , ECLAF DUSHMENLERE , Azerbaycan XALQININ TELEBINI BILDIRMELIDIR RESMI BAKI !!!!!!!

Roma 2021-07-23 14:38:45

Xalq adı ilə yazana: Bəli, Zəngəzur dəhlizi olmazsa, Laçın dəhlizi də olmamalıdır, necə olur erməni biri-birinə 5-10 km məsafə qət edərək qovuşur, biz isə zülüm çəkirik desək yenə də yumşaldılmış ifadədir...

t.ədalət 2021-07-23 14:37:05

Fransaya nota verilməli,səfir ölkəmizdən qovulmalıdır.Təəssüf ondadır ki,indiyədək Fransa müxtəlif layihələri ilə Azərbaycandan neçə-neçə milyard pullar aparıb.Fransa barmağını gözümüzə soxa-soxa içimizdəki ermənilərin hesabına qucağımızda oturtmuşuq.

Xalq 2021-07-23 13:12:23

elədirsə niyə Laçın dəhlizi terminindən istifadə edirsiz? O da istifadə olunmamalıdır!

RR 2021-07-23 13:04:47

bu ne deyir ala duele çağırır bizi

B.Qarabağlı 2021-07-23 12:54:19

Gəl indi, bu sivilə başa sal ki, onsuz da İrandan, Gürcüstandan da Türkiyəyə və digər aləmə çıxa yolumuz var! Nəyə görə məhz, Ermənistana yol bağışlamaq istəyirsiniz? 1921ci ildə təsdiq olunmuş ərazilərimizi tələb etmək gərək!?

Veteran 2021-07-23 12:46:06

İtlər hürər karvan keçər.

Son yazılar