DÖVLƏT XİDMƏTİNİN İDARƏ RƏİSİ HƏBS OLUNDU - General-polkovnikin bacısı oğludur (Yenilənib)

Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

SHXÇDX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

"Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev həbs edilib. Bu barədə Gununsesi.info xəbər verir. 

Məlumatda bildirilir ki, V.Babayev rüşvət ittihamı ilə saxlanılıb. 

Bir neçə saat əvvəl Bakı Hərbi Məhkəməsi tərəfindən Vüsal Babayev barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Sayt onu da bildirir ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

***

Baş Prokurorluqdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

635x100

Şərhlər

Elman 2021-07-27 13:57:29

Belə hallar ölkədə idarəçiliyin iflası deməkdir.Azərbaycanda hər sahədə qanunların işləməsini təmin edilməlidir.Yoxsa bu filankəsin kadrıdır,qohumudur.yerlisidi bunlara qanun tətbiq edilmir tezisi bundan da artıq fəlakətlər gətirəcək.Azərbaycan yalnız Naxçıvan və Qərbi Azərbaycadan ibarət deyil!r

Niyaməddin 2021-07-24 22:21:38

Allah bəlasını versin bunların hamısının. Gözlərindən gəlsin və gələcək də.

Şəkili 2021-07-24 22:20:18

Sağ əli Şəkinin................................???

t.ədalət 2021-07-24 14:40:40

Təəssüf edirəm ki,bu cinayətə görə tez-tez general-polkovnik Vaqif Axundovun adı hallanır.Onu deyim ki,Vaqif Axundov çox ciddi və məsuliyyətli bir adamdır.Yeganə adamdır ki,prezident aparatına toplaşanlar kimi rüşvət almadı.O,sovet dövründə də xüsusi xidmət orqanında çalışıb və məsuliyyətli bir zabit kimi yaddaşlarda qalıb.İndi,bacısı oğlunun rüşvət almasının ona nə dəxli var.Onun adını hallandırmaq yaxşı deyil.

Müəllim 2021-07-24 11:06:58

Bu filankəsin qardaşıdır, bu qohumudur,bu yerlisidir, bu yeznəsidir prinsipi ilə kadr yerləşdirməsindən hakimiyyət əl çəkməli,ölkənin perspektiv insanlarına yol verilməlidir....

Eko 2021-07-24 07:29:06

Gôzderi doymurdaaaaa( Ayeee eshidin bilin , rushvet haramdi !! ne vaxtsa siz qusmasazda ushaqlarniz nevelerniz qusacaqlar !!! bilesiz

Vətəndaş 2021-07-24 01:58:42

QOHUMBAZLIQ VƏ TAYFABAZLIQ AZƏRBAYCANI ÇIXILMAZ HALA GƏTİRİB....

Veteran 2021-07-24 01:05:27

Bütün postları məlum regiondan olanlar zəbt ediblər. Artıq buna son verilir...

Türk 2021-07-23 22:07:37

Əsas bu işlərin başçısı niyə həbs olunmur?

Son yazılar