Şahmatçımız Dünya kubokunda uğurla irəliləyir

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir. AZƏRTAC xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli 1/8 finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, Dünya kubokunun finalçıları şahmat tacı uğrunda iddiaçılar turnirinə vəsiqə qazanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar