ŞEYX, BU DƏFƏ DƏ İRANA VƏKİLLİK ETDİ! – Və Ərdoğanın müşavirindən “sübut” tələb etdi...

“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrinə görə haqlı olaraq kəskin tənqidlərə məruz qalan Şeyxülislam Allahşükür Paşazadə ona yönələn ittihamlara cavab verib.

“AzPolitika.info” xəbər verir ki, A.Paşazadə mətbuata açıqlamasında guya fikirlərinin təhrif olunduğunu bildirib. Belə ki, “Gununsesi.info”-ya danışan şeyxülislam “Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər” deyə bildirib. Ancaq qeyd etməliyik ki, şeyxin çıxışının videosu var və söylədiklərinin guya təhrif olunduğu barədə deyilənlər yumşaq desək, həqiqətə uyğun deyil.

A.Paşazadə bu dəfə də İranın müdafiəçisi, sanki bu ölkənin Azərbaycandakı vəkili kimi danışıb. O, İranın Ermənistana silah yardımı və Qarabağın hələ də separatçıların və sülhməramlıların nəzarətində olan ərzilərə müxtəlif təyinatlı yüklər ötürdüyünə dair suala açıq hiddətlə cavab verib. 

Paşazadə ilk olaraq, Rəcəb Tayyib Ərdoğanın müşavirinin ittihamlarına cavab olaraq deyib: “Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı?”

Göründüyü kimi, buraxdığı siyasi səhv, özünü müstəqil dövlətin rəsmən dini rəhbəri yox, başqa bir ölkənin dini liderinin təmsilçisi kimi aparması bir yana, hələ Azərbaycan üçün strateji müttəfiq, qardaş dövlət olan Türkiyənin Prezidentinin müşaviri Mücahit Küçükyılmazdan İranın ünvanına söylədiyi ittihama görə izahat da tələb edir. Hansı ki, hələlik hətta heç bir İran rəsmisi belə onun bu ittihamına görə Türkiyədən izahat tələb etməyib.

Hər halda, A.Paşazadə ən azından nəzərə almalıdır ki, söhbət Ərdoğanın müşavirindən gedir və bu ranqdakı dövlət rəsmisi sübut, fakt olmadan belə bir ittiham səsləndirməz. Əlbəttə ki, belə faktlar əsasən kəşfiyyat məlumatlarına əsaslanır və ölkələr arasındakı siyasi münasibətlər, diplomatik əlaqələr və s. nəzərə alınaraq, heç də hər zaman rəsmi qaydada üzə çıxarlaraq açıq şəkildə bəyan edilmir. Ancaq bu o demək deyil ki, həmin faktlar mövcud deyil. 

Şeyxin məntiqinə gəlincə, o zaman məsələn, İranın Yaxın Şərqdəki məlum silahlı birləşmələrə, təşkilatlara yardım etdiyi hər kəsə məlumdur, ancaq bunu sübut etmək asan deyil. Yaxud, Rusiya Ukraynanın az qala yarısını zəbt edib, lakin iddia edir ki, bunu Rusiya silahlı qüvvələri yox, Ukraynanın Donetsk və Luqanskdakı yerli “özünümüdafiə qüvvələri” edib. Və bununla bağlı ittihamlar irəli sürüləndə də sübut tələb edir. Eynilə də İranın Ermənistana dəstəyi bu cür “sübut” tələb edən hadisələr sırasındadır...

Daha sonra İranın yük maşınlarının Qarabağdakı görüntülərinə dair suala cavab verən Paşazadə deyib: “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən.”

Burada şeyx lap “gül vurub”.

Birincisi, maraqlıdır ki, “biz” deyəndə kim nəzərdə tutulur. Söhbət İran maşınlarından gedirsə, deməli məhkəməyə verən də İran tərəfi olmalıdır. Deməli, bu halda şeyxülislam İranın adından çıxış edərək, “biz” deyir...

İkincisi, “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram” deyən şeyxə ölkə başçısının son müsahibəsindən bir hissəni təqdim edirik: “Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır.”

Burada söhbətin hansı xarici ölkənin maşınlarından getdiyini anlamaq üçün xüsusi biliklərə malik olmağa ehtiyac yoxdur. Yəqin ki, bunu şeyxülislam da gözəl anlayır. Lakin onun “missiyası” bunu etiraf etməyə imkan vermir...

Cəlal Məmmədov 

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Fəxrəddin 2021-07-28 13:18:19

Bu şeyxülislam deyilənin tutduğu postu ləğv etmək lazımdır. Dindar müsəlmanla Allah arasında vasitəçiyə nə ehtiyac var

Roma 2021-07-27 14:47:43

Paşazadəyə qədər Şeyxülislam olanlar 5-3 il ən uzağı 10 il işləyərək, çəkilirdilər, ancaq bu özünü ömürlük seçdirdi...40 ildir ki, bu adam həmin postu tutub və bundan belə də hələ nə qədər orda oturacaq Allah bilir. 1990-cı ildə əmim İrandan gəlmişdi və Təzəpirin yanından keçəndə namaz qılmaq üçün dəstəmaz alaraq ora keçdi. Mən məscidin həyətində gəzişərək ətrafa baxırdım və inzibati binasını gördüm, deyərdim ki, cəmi 2-3 ən uzağı 3-4 otaqdan ibarət 1 mərtəbəli tikili idi...İndisə oralar elə bil möhtəşəm tikili ilə əvəzlənib ki, tək elə mərasim zallarının sayı 9 ədəd idi, söhbət 2012-2013-cü illərdən gedir...Elektron tablo, lift və s. və i....

Afər 2021-07-27 13:52:24

Bu əldəayırma şeyxin Rusiya (Putindən əməllərinə görə medal alıb)ilə casusluq fəaliyyəti və İranla gizli əlaqləri araşdırılmalıdır.Şeyx sussa idi yaxşı olmazdımı?

Absurd 2021-07-27 13:49:31

Şeyx-? əvvəlcə mənsub olduğu ölkə daxilində və xaricdə ələ keçirdiyi əmlakları hansı vəsaitlə əldə etdiyini sübut etsin,sonra başqasından hamıya məlum və bəlli olan şeylərə sübut istəsin.u

Uhsan 2021-07-27 13:46:58

Belə lənətə layiq mollaların hakimiyyət tərəfindən diqqətdən kənar saxlanılması hakimiyyətin özünə etimadı azaldır.Bu adam neçə illərdir müxtəlif yollarla (nəzir qutuları,həcc zyarətləri,ianələr ) çadığı,oğurladığı vəsaitlərlə Azərbaycanda və xaricdə milyonlarrla ölçüləcək vəsaitlərə,villalara və digər mal varlıqlarına sahib olub.Buna isə illərdir hökumət göz yumub.Və nəticədə bu "Baş" molla əndazəsindən çıxıb.hdəsindən gələn isə susur.Bu necə məmləkətdir.səldə e

Veteran 2021-07-26 23:33:15

"Molla sadıx nə siyasət, nə də başqa sahələr sənlik deyil. Yaxşı olarki ayıbına kor ol SUS! Sənin də vaxtına az qalıb .Deyəsən o müqəddəs torpaqda Məkkədə haramçılıqla taladığın pullar səni dingildədir .

turan 2021-07-26 18:04:44

Vaxtilə rəhmətlik Elçibəy onun cavabını yaxşı vermişdi..

Vaqif 2021-07-26 11:23:33

Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz. Naşükür Paşazadə özü etiraf edir ki, o vicdanın nə olduğunu bilmir. İndi siz ondan hansı vətən sevgisi gözləyirsiniz?!!!

Araz 2021-07-26 11:04:48

Uzun illər Qafqaz bölgəsi bir dövlətin (Rus çarlığı,SSRİ) tərkibində olub və yerli müsəlman icmalarının vahid mərkəzdən idarə olunması üçün bu təşkilat yaradılıb.Lakin SSRİ nin çökməsindən sonra artıq bu bölgə bir neçə dövlətin ərazilərinə ayrıldı. Vahid idarəçilik artıq zəruriyətini itirdi.Həttda qonşu Gürcustan da müsəlman icması belə QMİ dən rəsmən ayrıldı.İndi Azərbaycanda Dini qurumlarla iş komitəsi yaradılıb. Bu sahədə iki idarənin olması çoxsaylı problemlər yaradır və vahid idarəçilik pozulur.Sovet xüsusi xidmət orqanlarının kurasiyasında olmuş bu qurum dərhal ləğv edilməlidir. Dini qurumlarla iş komitəsi bu sahəni pis –yaxşı idarə edə bilir.İran rəhbərinin xüsusi nümayəndəsi anlayışı tam başa düşülən deyil,çox zaman səfirliklərdə dini attaşe vəzifəsi olur.Faktiki olaraq o nümayəndə özunu burada ağa kimi aparır.Bu səbəblərdən bayram günləri belə İslam dünyasından fərqli olur.

Allahqulu 2021-07-26 10:58:34

Şeyxin arxa dayagı olsa olsa Brilyant, Rövşanə, Hacı Roliklər ola bilər. Hələ bunlar da şübhə doğurur.

Allahqulu 2021-07-26 10:54:33

Allahşükür nə qədər ki, agzını açmırdı, adi insanlar bunun içindəki xainliyi anlamırdı.Amma son illər nəyə görəsə "aktivləşməsi" bunun xidmətini, satqınlı açıb ortaya qoydu. İş o yerə çatıb ki, artıq məsciddə ki dindarlar da şeyxdən açıq narazılıq edirlər.Elə indicə bir molla i insanlarla söhbətində çox ağır şəkildə hiddətini bildirir, şeyxin dinimizə xələl gətirdiyini, qocaldıgından aglını itirdiyini əsəbi şəkildə bildirirdi. Allahşükür dindarlara bel baglasa məsciddə ki axund və əfəndiləri çıxsaq dindar insanlar artıq ona inanmır, hörmət etmir açıq saygısızlıqlarını ifadə edirlər...

Roma 2021-07-26 10:53:31

"İranın səhvi olsa belə, onunla düşmənçilik etməməliyik" - Şeyxdən sensasion müsahibə...Şeyxə demək lazımdır ki, qatıq yeyərkən ağzını açmasın...

Roma 2021-07-26 10:47:26

Cavid adı ilə şərh yazana: Sizin yazını düzgün hesab edirəm..."QMİ -nin fəaliyyətinə son verilməlidir. Axı Azərbaycanda Dini qurumlarla iş Komitəsi olduğu halda bu quruma nə ehtiyac var?..."

Cavid 2021-07-25 23:15:40

QMİ -nin fəaliyyətinə son verilməlidir.Axı Azərbaycanda Dini qurumlarla iş Komitəsi olduğu halda bu quruma nə ehtiyac var?QMİ-nin faliyyəti yoxlanmalı,sədrin mal varlığı araşdırılmalıdır.

Vətəndaş 2021-07-25 21:41:46

Vicdan nədir göstər mənə deyənlər, Əl çalaraq hər şey yaxşı deyənlər, Türkü atıb ermənini sevənlər, Əclafları tərifləyib öyənlər, Millətimin arxasınca söyənlər, Çıxın üzə xalqım sizi tanısın, Dostu ilə düşmənini ayırsın Vicdan nədir göstər mənə deyənlər, Əl çalaraq hər şey yaxşı deyənlər, Türkü atıb ermənini sevənlər, Əclafları tərifləyib öyənlər, Millətimin arxasınca söyənlər, Çıxın üzə xalqım Dostu ilə düşmənini ayırsın

Rr 2021-07-25 21:14:08

Öz adından fetva vere bilmir. Bütün verdiydi fetvalar da İranın adındandır

Esger 2021-07-25 20:52:25

Tecili bu molla ishden cixardilmalidi. Bele satginlar aramizda olmamalidi

Müəllim 2021-07-25 20:31:09

Paşa Pşayeviç nüfuzunu çoxdan itirib. Din xadimi bu qədər nüfuzsuz, tökülən qanlara bu qədər biganə olar mı? Allah Azərbaycan xalqını belə vicdanı susmuşlardan qorusun!

M.Əsgərov 2021-07-25 20:08:41

Ay "molla" sənə dedilər də, dron fətvaya qalib gəldi....

Şəkili 2021-07-25 19:24:54

Cənab Şeyx sən hiss etməli, başa düşməlisən ki, səhvə yol vermişəm.Artıq Azərbaycanın dostları kimdi hamısı, hamımıza məlu.m oldu.Sən bu illər ərzində dini İran stilində təbliğ etmişəm.Məgər yenə başa düşmədin ki, o stil bizdə müsəlmanları zorla lkl təbəqəyə ayırır..Biz Türk oğlu türkük

Vətəndaş 2021-07-25 18:39:11

Şeyxin niyə içi yanır bundan? Ona nə dəxli var müşavirin dediklərinin

Vahir 2021-07-25 16:42:43

Yetər və bir daha Yetər!!! Bu Şeyx cildində ki şeytanın dövləti və milləti ələ salıb dolması, satqınlıgı, islamı nəzir Niyaz dininə, təfriqə məkanına çevirdiyi yetər. Hamı illərdir hər şeyi görüb və görür. Prezidentimiz qərar verməli və xalq bu qərarın arxasında durmalıdır...

Xalq 2021-07-25 16:37:31

Yazınızı bəyəndik! Dəstəkləyirik! İradlar düppədüzdür!

Niyaməddin 2021-07-25 16:20:16

Cəlal bəyə çox böyük təşəkkür edirik, minnətdarıq! Cənab prezidentdən artıq dərəcədə xahiş edirik ki, bunu bir şəkildə uzaqlaşdırsın və həbsə göndərsin! Allah Türk düşmənlərini rəzil-rüsvay etsin, bellərini qırsın! Bunlara həddini bildirmək lazımdır, təmiz özlərindən çıxıblar. Allah köməyimiz olsun!

Mirzə AĞ 2021-07-25 16:00:54

Kafası künəsindən ağır gələnlər adəətən belə səhv edərlər... yaparlar. Beləsinə rəhmətlik Mənsum kişi "ətbaş" deyərdi...

Arif 2021-07-25 15:47:22

Tecili weyx deyiwdirilmelidir, bele bir adamin menevi haqqi yoxdur weyxliye!

Son yazılar