"Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir". TASS agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib.

Qeyd edək ki, dünən Ermənistanda yerləşdirilən Rusiyanın 102-ci hərbi bazanın bir qrup hərbçisi Azərbaycan-Ermənistan sərhədinə gəliblər.

 Ermənistan KİV-ninin məlumatına görə, onlar Basarkeçər rayonunun Kəlbəcər rayonu ilə sərhəd Yuxarı Şorca kəndi gəliblər.

Yerli jurnalistlər rusiyalı hərbçilərin ərazidə mövqe qura biləcəklərini bildirib.

"AzPolitika.info"