Menu

AZƏRBAYCANDA “Aİ-95” MARKALI BENZİN BAHALAŞDI - Səbəbləri açıqlandı

31.07.2021, 10:44
AZƏRBAYCANDA “Aİ-95” MARKALI BENZİN BAHALAŞDI - Səbəbləri açıqlandı

“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.

Bunu “Report”a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Şərhlər

Vətəndaş 2021-08-01 21:29:06

Nə qədər ağılsız və əsassız bahalaşma! Diqqət edin,Azərbaycanda zavid tikmək əvəzinə SOKAR Rumıniyada zavid tikir,Azərbaycandan ora xammal göndərir.sonra orada isyehsal etdiyi Aİ-95 benzininin qiymətini artırmaqla Azırbaycan xalqının cibinə girir.Ən təəcüblüsü isə odur ki, Azərbaycan ökuməti bunu bilə-bilə bahalaşmaya həvəslə gedir.Bunu necə anlamaq olar?

Eko 2021-07-31 12:14:50

Allah belanizi versin !!!! derd

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol