ALLAHŞÜKÜRÜN NAŞÜKÜRLÜYÜ

Mirzə AĞ

Allahşükür Paşazadənin İran molla rejiminə budəfəki yarınması lap əndazəni aşdı və bütün çılpaqlığı ilə onun milli maraqlara zidd mövqedə olduğunu əyani şəkildə ortaya qoydu. Nədən ki, İran adlı dövlətin meydana gəlməsindən sonrakı dövr ərzində (Qacar səltənətinin farslar tərəfindən ələ keçirilməsindən sonra) İranın molla rejimi Azərbaycana qarşı hər zaman düşmən mövqedən çıxış edib, cənublu qardaşlarımızı ən müxtəlif üsul və vasitələrlə sıxışdırıb, xarici imperialist qüvvələrin köməyi ilə xalqımıza sözün gerçək mənasında divan tutub.

Heç təsadüfi deyil ki, ötən 20-ci əsr boyu cənublu qardaşlarımız bu iyrənc rejimə qarşı 3 dəfə inqilaba qalxıblar (Səttarxan hərəkatı, Şeyx Məhəmməd Xiyabani hərəkatı və Cənubi Azərbaycan Respublikası), hamısında da fasıx mollalar xarici güclərin köməyi ilə milli azadlıq hərəkatımızı görünməmiş amansızlıqla yatırıblar. Bu münasibət günümüzə qədər davam etməkdədir. Amma nə yazıq ki, Azərbaycanın sərvətindən böyük pay alan, çörəyimizi yeyib, suyumuzu içən Allahşükür adlı naşükür bütün bunları görməzliyə vurur, İran reiminə yarınmaqdan utanıb çəkinmir.

Fars düşmənçiliyi və erməni-fars qardaşlığı təkcə bu günün «sövdəsi» deyil və tarixi lap qədimlərə gedib çıxır. Bunu təsdiqləyən bir epizodu hörmətli oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm. Hələ 1980-ci illərin sonlarında Bakı Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Süleyman Əliyarov almaniyalı Əhməd Şmideyə (türk Əhməd) ünvanlı yazısında qeyd etmişdi: «İlk erməni katolikosunu fars keşişi xaç suyuna salıb». Bununla professor demək istəmişdi ki, farslarla ermənilər qan və din qardaşlarıdır. Qarabağ savaşı illərində də İslam çətiri altında gizlənmiş İran mollaları Azərbaycana yönəlik namərd davranışı davam etdiriblər. Bu barədə yerli və beynəlxalq KİV-lər yetərincə materiallar dərc ediblər və mən bu yazıda uzunçuluq edib, onları bir daha təkrarlamaq fikrində deyiləm. Təkcə bununla kifayətlənəcəm ki, ötən 30 ildə İran molla rejimi Qarabağ savaşında hər vasitə ilə erməniyə dəstək verib, «hay»ları yanacaq, silah-sursat və ərzaqla təmin edib, müharibə səbəbilə xarici aləmdən təcrid vəziyyətinə düşmüş təcavüzkara nəfəslik olub.

Yeri gəlmişkən, İran fars-molla rejiminin xain davranışını ortaya qoyan bir epizodu hörmətli oxucuların nəzərinə təkrar çatdırmaq ehtiyacı hiss edirəm. 44 günlük Qarabağ savaşından sonrakı mərhələdə Ermənistana səfər etmiş İran xarici işlər naziri ağayi Cavad Zərif eməni qardaşlarını «əmin etmişdi ki, Ermənistanın ərazi bütövlüyü İran üçün QIRMIZI XƏTTDİR». Guya ki, Ermənistanın ərazi bütövlüyünə hansısa bir təhdid var imiş. 

Nə yazıq ki, hər zaman özünü «müsəlman bacı və qardaş» adlandıran (boğazdan yuxarı!) İran Azərbaycan torpağının 20 faizinin Ermənistan işğalı altında olmasının fərqinə varmayıb və buna hansısa formada rəsmi etirazını bildirməyib, əksinə, bu savaşda erməniyə hər cür dəstək olub. Bizlər bu xəyanəti qabardandan sonra, İranın Azərbaycandakı səfiri fakt qarşısında «utanaraq», nəzakət xatirinə müxbirimizə demişdi: «Azərbaycanın ərazi bütövlüyü də İran üçün qırmızı xəttdir»…

İndi Paşazadə müəllim durub deyir ki, «İranın baş mollası Xameneinin «Qarabağ islam torpağıdır» deməsi - onun təbirincə desək, «fətva» yapması Azərbaycanı qələbəyə aparıb». Bundan da axmaq, o qədər də ədalətsiz yanaşma olarmı? 

Bəs, mollanın fətvası belə gücə malik imişsə, imandan kənar bu molla nə üçün «bəyanatı» 30 il yubadırmış?! Axı həmin 30 il ərzində gavur erməni işğal altında saxladığı islam torpaqlarındakı məscidlərdə donuz saxlayıb. Bunu görməzliyə vuran İran mollaları özlərinə xas olan xainliklə, Şuşa məscidini ermənilərlə birlikdə guya «restavrasiya» ediblər və adını da «fars məscidi» qoyublar! 

İndi mən, cəmi İran mollalarına sual etmək istəyirəm - məgər məscidin milli mənsubiyyəti olur? İslam dinində məscid Allahın evi adlandırılır. Erməni də Azərbaycandakı Allah evlərində donuz saxlayıb! Nə üçün Allahşükür və cəmi İran mollaları bunu görməzliyə vurublar?!

İndi cəmi Azərbaycan türklərini bir sual dərindən düşündürür: İran Azərbaycana «fətva» göndərib, yoxsa Ermənistana silah-sursat, yanacaq və sairə?! Üləmadırsa, qoy, suala Paşazadə müəllim cavab versin…

Casusun ən mütəlif «növləri» olur, fəqət, casus molla hər saat «ələ düşməz». Mollanın casusluğu barədə ingilis yazıçısı Ceyms Oldricin «Diplomat» romanında ibrətamiz bir epizod var - İranda tanınmış bir mollanın ingilis casusu olduğu ortaya çıxır. Belədə, İrana «nökərçilik» etmək casuluq deyilmi? Bu zaman nəzərə almalıyıq ki, «düşmənimin dostu da mənim düşmənimdir»…

Son günlər yerli KİV-lər demək olar ki, hər gün Azərbaycan polisinin anti-narkotik əməliyyatları keçirdiyi barədə məlumatlar yayırlar. Yayılan xəbərlər göstərir ki, indi ölkəmizdə maraqlı qüvvələr yeni narkotik növünün («patı») total istehsalına və yayılmasına girişiblər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ərazilərimiz işğal altında olan dövrdə ermənilər «patı»nı Zəngilanda istehsal edərək, İrana keçirirmişlər, oradan isə mollalarn köməyi ilə Azərbaycana ötürürmüşlər.

Ərazilərimiz işğaldan azad ediləndən sonra isə erməni-fars tandemi bu narkotiki Xankəndində istehsal edib, İran üzərindən ölkəmizə ötürür. İndi bir daha aydın olur ki, İran maşınlarının Xankəndinə kütləvi «axını» heç təsadüfi xarakter daşımır və heç də işğalçı erməniyə «humanitar yardım» daşımır, əksinə, mollalar oradan Azərbaycana ötürmək üçün «patı» daşıyırlar! İndi məlum olur ki, baş molla İrandan ölkəmizə «fətva» ilə bərabər, «patı» da göndərirmiş! Hesab edirəm ki, bunda məqsəd gün kimi aydındır…

Hər bir müsəlman bilir ki, islam dini donuz əti, spirtli içki kimi təamları haram buyurduğu kimi, narkotik maddələrin istifadəsini də qadağan edir. Həm də bunu bilmək üçün farsca axmaq-axmaq danışmağa ehtiyac yoxdur («Siğə eləmək qoturluğun ən yaxşı dərmanıdır» kimi vələdüzinalıq!). Məgər özünü «şeyx-ül-islam» elan etmiş molla bunu bilmir?!

Bütün bunlardan sonra, Azərbaycanın baş mollası durub deyir ki, Xameneinin fətvası Azərbaycanı qələbəyə aparıb! Belə düşünmək üçün gərəkdir ki, ifrat həddə qədər yabançı və naşükür olasan. Azərbaycan KİV-nin yaydığı məlumatlar göstərir ki, Allahşükür Paşazadə adlı molla heç də sadəlövh və ya axmaq adam deyil. Onun topladığı var-dövlət (pul-para, dəbdəbəli saraylar, bahalı maşınlar, Çexiyada obyektlər və s.) bundan xəbər verir. Paşazadə özü bunları etiraf edib: «Sevinməlisiniz ki, şeyxinizin var-dövləti var». Olsun, sözümüz yox və paxıl deyilik. 

Amma bir məsələ bizləri düşündürməyə bilməz ki, Azərbaycanın sərvətlərindən yetərincə pay almış birisi nədən Vətənimizə, xalqımıza yönəlik bu qədər naşükürlük edir?! Uzun-uzadı düşünməyə ehtiyac yoxdur...

635x100

Şərhlər

Mahir 2021-08-19 08:47:41

Allahşükürün üzündən riyakarlıq yağır

Müəllim 2021-08-01 10:16:55

Allah böyükdür Fars şovinistləri erməni daşnakları və onlarin harinlamış havadarlarınin gen yaddaşında türk qorxusu var Allah türkü qorusun!

Veteran 2021-08-01 00:54:35

Bunun 40 ildə haramçılıqla yığdığı var-dövləti əlindən aldıqdan sonra Farsistana ,Xomeyni qardaşının yanına sürgünə göndərmək vacibdir.

Müəllim 2021-08-01 00:17:37

Allah böyükdür Azərbaycan xalqinı vicdanı susmuşlardan qorusun

Niyaməddin 2021-07-31 20:50:48

Mirzə bəyə təşəkkür edirik. Qələminizə qüvvət! Naşükürə isə Allah lənət eləsin!

Xalq 2 2021-07-31 17:58:36

Mirzə müəllim! Yazınızı tam dəstəkləyirik!

Xalq 2021-07-31 17:56:29

iranın 1991-ci ilin mayın 9-da elədiyi "dəstəyi" nə tez unutmusuz ya şeyx? Başımız erməni ilə danışığa qarışmışdı iranda. erməni də gəlib Şuşanı tutdu. Buna görə iran mollalarına sağ ol deməliyik?

Roma 2021-07-31 15:09:48

Allahşükür Paşazadənin ən samballı qiymətini rəhmətlik Əbülfəz Elçibəy vermişdi...«Sevinməlisiniz ki, şeyxinizin var-dövləti var»...Şeyx sənin var-dövlətinin olmasına mən niyə sevinməliyəm???...danışanda fikirləş, nə gəldi çölə atma...

Seyid Ənhu 2021-07-31 14:59:23

EY XAMNEYİ SƏN KİMİN NƏYİ OLURSAN Kİ, MƏNİM ÖLKƏMƏ FİTVA VERİRSƏN?! .....

Son yazılar