Menu

Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb - VİDEO

31.07.2021, 15:32
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb - VİDEO

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Gəncə şəhər sakini Elşad Quliyev tutularaq istintaqa cəlb edilib.

Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən 22 bükümdə satış üçün hazır qablaşdırılan heroin, “patı” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Elşad Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elşad Quliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Səid 2021-07-31 16:55:32

Gündə bir iki "payı" satanlarin tutulma xəbəri oxuyuruq. Görəsən niyə bunu ölkəyə gətirən və ya ölkədə istehsal edən əsas cinayətkarlar tutulmur?! Cəmiyyətin ən böyük problemi halına gələn məsələ Milli Məclisin gündəliyinə daxil olur amma nə istehsal edənlər nə də ölkəyə gətirənlər kim hələ də bilinmir! Bunlar kimdir? Arxaları dayaqları kimdir? Bir valideyin olaraq məni ən çox narahat edən məsələlərdən biri də budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol