Menu

AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ - Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

01.08.2021, 17:53
AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ - Rusiya səfirliyinin müvəqqəti işlər vəkili  XİN-ə çağırıldı

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Şərhlər

Türk 2021-08-02 10:50:57

Jirinovski həmişə uzun illərdir millətimizi xalqımızı dözlətimizi təhqir edir.

Seyid Ənhu 2021-08-02 02:01:06

NOTANIN MƏTNİ ZƏİFDİR.

M.Əsgərov 2021-08-01 21:20:20

Bu tulanın cavabını nota səviyyəsində xalqımızı təhqir eliyəndə vermək lazım idi ki, sonrakə dövrlərdə belə qələtləri eləməsin, Bakıya biraxmaq lazım deyildi mənim xalqımı təhqir edəni

vətəndaş 2021-08-01 18:33:50

2015-ci ildə jirinovskini kimi sersemi Bakıda duz çörəklə qarşılayırdız.İndi gördüz rusun mekirini

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol