Menu

Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu

02.08.2021, 15:23
Avropa Liqası: "Neftçi" "Fənərbağça"ya potensial rəqib oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol