Menu

IMF dünya iqtisadiyyatının bərpasına 650 milyard dollar ayırır

03.08.2021, 09:51
IMF dünya iqtisadiyyatının bərpasına 650 milyard dollar ayırır

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus (COVID-19) pandemiyasından sonra dünya iqtisadiyyatının bərpası üçün 650 milyard ABŞ dollarının ayrılmasını təsdiq edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, həmin vəsait avqustun 23-dən IMF-yə üzv olan bütün ölkələr arasında onların kvotalarına mütənasib paylanılacaq.

O cümlədən 275 milyard dollar inkişaf etməkdə olan bazarlar və gəlir səviyyəsi aşağı olan ölkələr üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol