“Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimdə 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəm. Mən kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Şərhlər
Başlıq-ŞÜAR güclü səslənir! Qanuna gəldikdə zəruri bəzən adət və qaydalar qanun kimi qəbul edilib? Xalqın istəyinə, haqqına uyğun gəlməyən qanunlar da var?
Deputat nə səhv edibsə torbasını tikiblər
Tahir Kərimli, yaşın 65-i ötüb, ancaq hər danışanda, danışıqların mübahisə aləti olur. Dənışmaq gümüşdürsə, danışmamaq qızıldır...
Tahir Kərimli, 1993-cü ildə Milli Məclisdə əsməcə xəstəliyinə tutularaq müəyyən müddətdən sonra sağaldı, 2003 Prezident seçkisində "İlham Əliyev seçilərsə Azərbaycandan birdəfəlik gedəcəyəm demişdi"...Lakin getmədi, əksinə deputat da seçildi...İndi də haqsızlığı müdafiə edir...
Siyahi deputatın (sırınmış) xalq qarşısında nə hörməti ola bilər? Bunu Tahir bəydə düşünə biləcək kəllə varmı?ı
tahir Kərimli indiyə qədər bilmir ki,... belə düşüncə sahibi deputat olub hər hansı bir regionun əhalisinin Milli Məclisdə nümayəndəsi olmağa layiq deyil.
T.Kərimli əqaidəsini dəyişmiş adamdır
Tahir Kerimli oz deputatligina gore gorxur ki elinnen ala bilerler. Chunki ozu de Eldeniz kimi hereket edib
İlahi siz özünüz bizə millətimizə dövlətimizə kömək ol!
Tahir Kərimli indiyədək edə bilmədiklərini bu çıxışı ilə etdi.Əhsən!
Polslərədə sələhiyyət verəndə qırmızı xətti keçirlər.Özü də bəzi yüksək rütbəli polislər AĞALARININ diqtəsi ilə FATI qalx-FATI otur olanda lap pis nəticələrə gətirib çıxarır.