Menu

İRANIN ERMƏNİSTANDAKI SƏFİRİNDƏN "DOST ADDIM"... - Azərbaycanla sərhəddə gəlib

03.08.2021, 18:23
İRANIN ERMƏNİSTANDAKI SƏFİRİNDƏN "DOST ADDIM"... - Azərbaycanla sərhəddə gəlib

İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.

İran səfirinin bu səfəri müəyyən mənada gözlənilməz sayıla bilər və təbii ki, daha çox Ermənistana dəstək xarakteri daşıyır. Əlbəttə, belə səfərlər İran hökumətinin razılığı və hətta tapşırığı olmadan baş tuta bilməz. 

Ancaq maraqlıdır ki, hətta ən qatı ermənipərəst mövqeyilə seçilən Fransa səfiri belə son zamanlar Azərbaycanla sərhədə gələrək, erməni hərbçilərinə baş çəkməyib.

Eynilə də Rusiya səfirinin bu bölgəyə gəldiyinə dair hər hansı məlumata rast gəlinmir. Bütün bunların fonunda İran səfirinin canfəşanlığı kifayət qədər müəmmalı görünür...

“AzPolitika.info”   

Şərhlər

Rr 2021-08-04 12:38:20

Sheyxe deyen var bunu ? Utansindaaaa Allah belanizi versin VERECEKDE !!!!!

TARIX 2021-08-04 09:07:32

İRAN FARSLARI HƏMİŞANTİ AZƏRBAYCAN MÖVQEYİNDƏ OLUB.GÖRƏSƏN ŞEYX Ş...PAŞAZADƏ OLANLAR BARƏDƏ NƏ DÜŞÜNÜR.

EE 2021-08-04 06:16:48

Allah shûkûre deyin ) Sheyx onnarin dostudu , milletin yox !

Niyaməddin 2021-08-03 23:01:17

Allah bunların belini qırsın. Bunlardan başqa nə gözləmək olar ki. Naşükürdən soruşmaq lazımdır, görəsən Xameneinin bu fətvasını necə dəyərləndirir. Bu fətva da erməniləri qələbəyə aparır. Gah orada, gah burada görsənən münafiqlər.

Niyaməddin 2021-08-03 23:00:33

Allah bunların belini qırsın. Bunlardan başqa nə gözləmək olar ki. Naşükürdən soruşmaq lazımdır, görəsən Xameneinin bu fətvasını necə dəyərləndirir. Bu fətva da erməniləri qələbəyə aparır. Gah orada, gah burada görsənən münafiqlər.

Roma 2021-08-03 22:19:25

Narahatlığa əsas yoxdur, 1 fətva ilə hər şey düzələr, "möhtərəm" Allahşükür Paşazadədən sitat...

Xalq 2021-08-03 21:11:01

İsraildə Azərbaycan səfirliyi açın! Bu irana soyuq duş effekti olar. Onlar ayılarlar.

Müəllim 2021-08-03 20:07:09

bəs deyirdin farslar sənin qardaşlarındır indi erməni dığalarının görüşünə gediblər

Nadir 2021-08-03 19:46:25

Yəqin Xamenei fətva verib.

Vetendash 2021-08-03 19:31:46

şovinist farslar bizim dushmenimizdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol