Menu

Ərdoğan Bolqarıstana həmrəyliyə görə təşəkkür edib

04.08.2021, 09:10
Ərdoğan Bolqarıstana həmrəyliyə görə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bolqarıstanlı həmkarı Rumen Radevlə telefon danışığı aparıb.

"Report" "Anadolu" ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında deyilir.

Danışıqlar zamanı meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar başsağlığına, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərilən həmrəyliyə və dəstəyə görə həmkarına təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol