Yeni seçilmiş Prezident İbrahim Rəisinin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin kəskin tənqidinə tuş gəlib.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, müxalifət Paşinyanı İrana səfər etdiyinə görə yox, oradakı davranışlarına görə tənqid edib.
Belə ki, andiçmə mərasimindən paylaşılan fotodan da göründüyü kimi, Paşinyan rəsmi dövlət tədbirində öz mobil telefonunu qurdalamaqla məşğuldur. Ermənilər Baş nazirin bu hərəkətinin Ermənistan üçün strateji əhəmiyyət daşıyan və onu hər zaman dəstəkləyən İrana qarşı hörmətsizlik hesab edirlər.
Ermənistanın müxalif Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün sosial şəbəkə səhifəsində bu hadisə ilə bağlı yazıb: “Bu axmaq başa düşmür ki, diplomatiya, mədəniyyət, tərbiyə, məsuliyyət nədir. Xüsusilə də Şərdə bu cür açıq hörmətsizlik və tərbiyəsizlik unudulmur və bağışlanılmır”.
Göründüyü kimi, Paşinyanın İran rəhbərliyinə qoyduğu “hörmət” hətta ermənilərin özlərini belə qəzəbləndirib. Rəsmi Tehran isə yəqin ki, ərköyün və sevimli qonşusunun rəhbərinin səfərindən və davranışlarından yerlə göy qədər razıdır...
Cəlal
“AzPolitika.info”

Şərhlər
erməni İranı söysə də, İran yenə onu dəstəkləyəcək, çünki ermənidən İran dövlətçiliyinə qorxu yoxdur, İranda sayları heç 100 min də yoxdular və birbaşa ermənistan ərazisinə coğrafi baxımdan yapışıq deyillər, Azərbaycandan isə var. Belə ki, sayımız 30-40 milyon və ərazi yapışıq, tarixən Rusiya ilə İran arasında bölünmüş.......
Armen Aşotyanın qeyd etdiyi "İran prezidentinin inaqurasiyasında" bu dövlətə qarşı etdiyi hörmətsizliyi İran hökumətinin başa düşüb və düzgün qiymət verib-verməyəcəyini gələcəkdə görərik.