Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır.
Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
Maraqlıdır, bu cür qərar vermək nə qədər qanunidir?
"AzPolitika.info"

Şərhlər
Bu qanun ona görədir ki 50 faiz yetim yesirin pensiyası kəsildi,indi ümumiyyətlə heç kim pensiya ala bilməsin. HƏ
Bu qanun ona görədir ki 50 faiz yetim yesirin pensiyası kəsildi,indi ümumiyyə
Rozitron düz deyir. Bu vətəndaşın müraciət etmə konstitusiya hüququna kobudçasına pozur.Xahiş edirəm məsələyə aid olmayan şərhləri işiqlandirmayın. Yaxşı olardı ki, əhalinin arasında sorğu keçirərdiniz.
Muraciitlərin sayını suni yolla azaltmaq istəyirlər. Bilirlər ki yaşlı nəsilin agir xəstəlikləri var onlara bu peyvəndinin mənfi təsiri qaçılmazdırnr
Müxtəlif yollarla milləti meşoğa yığırlar,axırda da bir düyün vurub atacaqlar dənizə buralarda da erməni fars rus yaşayacaq
çox vaxt nazirliklərin rəhbərliyi təlimatları qanunların əksinə yaradırlar
Bu cür qərar vermək müstəmləkə rejiminin əlamətidir.Əhalinin aldığı qəpik-quruşa görə çörəklə təhdidir.Kim bunu fokirləşibsə Allah cəzasını versin!
Konstutusiya ziddir