"CEYHUN BAYRAMOV TƏCİLİ TÜRKİYƏYƏ UÇMALIDIR!" - "Bir yaylım atəşi kifayət edəcək ki..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin ən aktual mövzusu - Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlıları əleyhinə bəyanatına dair sualı cavablandırıb.

- Qüdrət bəy, ölkəmizin siyasi həyatında Rusiya ilə etimadlı münasibətlərin yaradılması və inkişaf etdirilməsinin tərəfdarı olan şəxs kimi çıxış edirsiniz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son bəyanatında Rusiyadan tələb olunur ki, erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının rus sülhməramlılarının nəzarətində olan ərazisində yerləşdirilməsinə son qoyulsun. Məsələyə münasibətinizi bilmək istərdik. 

- Rusiyadan fərqli olaraq, kiçik istisnalarla, Azərbaycanda hər kəs Rusiya ilə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Təəssüf ki, Rusiya siyasi elitasındakı bir çoxları keçmiş sovet respublikalarının ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyin Rusiyanın maraqları baxımından nə qədər faydalı olduğunu anlamır. Onlar Azərbaycanı bərabər hüquqlu dost, qonşu ölkə kimi yox, özlərinin forpostu kimi görmək istəyirlər. Bununla da ciddi səhvə yol verirlər. Keçmişin nostalgiyası ilə yaşayıb, zamanla ayaqlaşa bilməyənlərin gələcəkdə yeri olmur. Zaman onları cəzalandırır, tarixə çevirir. Beynəlxalq münasibətlərdə "öz öhdəliklərinə, beynəlxalq hüquq normalarına əməl etməyən, etibarsız dövlətlər" - "rogue state" adlanır. "Rogue" sözünün ingiliscə bir mənası da dələduz deməkdir. Belə çıxır ki, Rusiya Azərbaycanın ona olan etimadından sui-istifadə edərək 10 noyabr sazişinin imzalanmasına nail olur və öz hərbçilərini sülhməramlı kimi Azərbaycan ərazisinə yerləşdirir, bundan sonra isə nəinki sazişin şərtlərinə uyğun olaraq Ermənistandan hərbi hissələrini Azərbaycan torpaqlarından çıxarmağı tələb etmir, əksinə, darmadağın edilmiş Ermənistan ordusunun yenidən qurulmasına kömək edir, Ermənistan hərbçilərinin onların nəzarətində olan Azərbaycan ərazisində yerləşdirilməsinə göz yumur. Beynəlxalq arenada təklənmiş və qorxudulmuş Rusiya Dumaya seçkilər ərəfəsində onsuz da müsbət olmayan beynəlxalq imicini bu formada zədələməklə ermənilərin rəğbətini qazanacağını, yaxud ermənipərəst Qərb dairələrindən bir "molodets" alacağını düşünürsə, yanılır. Nə ermənilərin, nə Qərbin Rusiyaya münasibəti dəyişən deyil. Qazanacaqları o olacaq ki, 44 günlük savaşda beynəlxalq hüquqa hörmət edib neytrallıqlarını saxladıqları üçün Rusiyaya müsbət mənada münasibəti dəyişən türk dünyasını, əsl müsəlmanları xəyal qırıqlığına uğradacaq, Azərbaycanda və dünyada Rusiya əleyhinə təbliğat aparanlara əlavə sitimul vermiş olacaqlar.

Rusiya fikirləşirsə ki, BMT qətnamələri kimi, növbəti 30 il də Azərbaycanı digər Minsk qrupunun həmsədrləri ilə birlikdə məcbur edəcək ki, 10 noyabr sazişinin icrasını beynəlxalq birlikdən tələb etsin, yanılır. Azərbaycan tankları və artilleriyası ilə əhatə olunmuş Xankəndi ətrafındakı erməni hərbi hissələrinə bir yaylım atəşi kifayət edəcək ki, Qarabağda bir erməni əsgərinin tozu belə qalmasın. Başıboş Ermənistan rəhbərləri rusların eyş-işrət zamanı istifadə etdikləri vasitəyə çevrilməməli, öz xalqlarının gələcəkləri barədə düşünməlidirlər. Qarabağa əsgər göndərmək əvəzinə Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalayıb, sakit həyata keçməlidirlər. Qarabağ ermənilərinə "müstəqil dövlət" qurmaq istəyirdilər, ancaq erməni dığalarını rus əsgərlərinin çəkmələrini təmizləyən lakeylərə, qızlarını isə onların kənizlərinə çevirdilər.

Hesab edirəm ki, Müdafiə Nazirliyinin bəyanatından düzgün nəticə çıxarılmasa, Azərbaycan BMT qətnamələrini yerinə yetirdiyi kimi, 10 noyabr sazişinin də icrası ilə əlaqədar qəti addımlar atmalı, Rusiya ilə münasibətlərə və sülhməramlıların statusu məsələsinə yenidən baxmalıdır. Ceyhun Bayramov təcili Türkiyəyə uçmalı və mövcud vəziyyət ciddi müzakirə olunmalıdır. Region dövlətləri və beynəlxalq birlik baş verənlər barədə ətraflı məlumatlandırılmalıdır.

(Moderator.az)

635x100

Şərhlər

Niyaməddin 2021-08-12 22:51:52

Qüdrət Həsənquliyev bu dəfə düzgün rəy bildirib, təqdir etmək olar. Türk ordusu Azərbaycana daxil olmalıdır!!!!

B.Qarabağlı 2021-08-12 18:15:55

Niyə yalnız Türkiyə? İlk növbədə ABŞ, Çin və digər həll edici səsə malik liderlərə və eyni məzmunla BMT, BMT TŞ, NATO və digər aparıcı dövlət liderlərinə ətraflı müraciət gərəkdir? On milyonlüq Azərbaycanı necə 25 minlik separatizm yuvasının hərbi əsarətinə qurban vermək olar?

oxucu 2021-08-12 14:01:22

Qüdrət Həsənquliyev , senin choxlu melumatlarin var , hokumetin daxilinde movcud olan ferqli movqelerin toqqushmasindan ve AMEA -nin " Bash Qerargah " reisi , Rusiyanin KQB - FSB - QRU , GENERAL - POLKOVNIKI , Ramiz Mehdiyevin HAZIRLIQ APARDIQI QIZLI " PLANLARINDAN " XEBERIN OLAR . Qüdrət Həsənquliyev ,....

Ali 2021-08-12 12:29:57

Qüdrət bəsdir. Sənın nə sozünə, nə də özünə inam qalmadı.

Son yazılar