Menu

ERMƏNİSTANDA YENİ XİN BAŞÇISI - Xeyli vaxtdır boş olan bu vəzifə Arorat Mirzoyana tapşırıldı

19.08.2021, 10:11
ERMƏNİSTANDA YENİ XİN BAŞÇISI - Xeyli vaxtdır boş olan bu vəzifə Arorat Mirzoyana tapşırıldı

Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı sərəncam imzalayıb.

"Report" bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.

Qeyd edək ki, 1979-cu ildə İrəvanda doğulan A.Mirzoyan Ermənistan parlamentinin sabiq spikeridir. XİN başçısı 2019-2021-ci illərdə bu vəzifəni tutub. İrəvan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan A.Mirzoyan 2017-2018-ci illərdə deputat, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol