Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu bildirib. Həsənov bununla bağlı Twitter hesabında da paylaşım edib.
“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır,” - o qeyd edib.
Hazırda Həsənovun Twitter hesabında bu məlumat mövcud deyil. Lakin o “Amerikanın Səsi”nə təhdid olunduğunu təsdiq edib.
“Mən bunu Twitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq.”
O bunu kimlərin etməsi barədə suala cavabında deyib: “Vallah, bunu biləydim nə vardı ki, müvafiq qurumlar araşdırır.”
Fotoların harada və necə çəkildiyinə dair suala cavabında Həsənov “Bilsəydim nə var idi. Mənə bir iki foto göndərib, təhdid ediblər,” - deyə qeyd edib.
Həsənov bunları deməklə kifayətlənib və əlavə sullara ehtiyac duymayıb.
Bununla yanaşı, rəsmi qurumlar Əli Həsənovun bu bəyanatına hələ münasibət bildirməyib. Bu günlərdə Kütləvi İnfotmasiya Vasitələtinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərliyə və digərlərinə qarşı cinayət işi üzrə keçirilən məhkəmədə 18 milyon manatdan çox dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Əli Həsənovun və ailə üzvlərinin şahid qismində məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırılıb. Bu qurum uzun illər Əli Həsənovun kurasiyasında olub.

Şərhlər
vetendash adı ilə yazana: Sizinlə razıyam, bu tualet söhbəti Əli Həsənovun törətdiyi (mən buna şübhə etmirəm, belə ki, bu insan əvvəllər kasıb həyat tərzi keçirib, ancaq indi əmlaklarının sayını hesablamağa bütöv bir mühasibat lazımdır) korrupsiyadan yayındırır... Söhbət milyonlardan gedir və mən bir daha qeyd edirəm ki, tualet məsələsi əsas hədəfdən yayındırmaqdır, hər bir insan gün ərzində 3-5 və ya bir qədər də çox sayda tualetə girir...
vetendash adı ilə yazana: Sizinlə razıyam, bu tualet söhbəti Əli Həsənovun törətdiyi (mən buna şübhə etmirəm, belə ki, bu insan əvvəllər kasıb həyat tərzi keçirib, ancaq indi əmlaklarının sayını hesablamağa bütöv bir mühasibat lazımdır) korrupsiyadan yayındırır... Söhbət milyonlardan gedir və mən bir daha qeyd edirəm ki, tualet məsələsi əsas hədəfdən yayındırmaqdır, hər bir insan gün ərzində 3-5 və ya bir qədər də çox sayda tualetə girir...
Vətandaşla razıyam O, bizə əsl vətəndaş mövqeyini açıqladı
Cenab Əli Həsənov , sen niye narahat olursan ? Tualetde her bir insan olur ve shexshi oz isidir , bu cinayet deyil , amma kimler hemin tualetde gizlin video kamera qurashdiriblar , hokmen QANUN POZUNTUSU OLUB ve ehtimal olunan , shubheli adamlar ISTINTAQA CELB OLUNMALIDIR . Insanlarin menzilinde , yataq otaqlarinda , tualetinde ve yaxud baq evlerinde gizli video kamera qurashdirmaq ve insani izlemek yaxud telefon danishiqlarini dinlemek , CINAYETDIR . Əli Həsənov , sen savadli adamsan , niye PANIKA - ya DUSHUBSEN , SAKIT OL , senin shexsi ishindir oz menzilinin tualetinde olmaqin ve etdiyin shexsi hereket , bunun ne dexli var SHANTAJ yaxud IFSHAYA ?????? Əli Həsənov , xulase , MEHEL QOYMA BOSH - BOSH DEDI - QODUYA . Əli Həsənov , sen HAZILASH , QANUN ESASINDA , senin Dovlet Xidmetinde , buraxdiqin noqsanlara gore , sene Azerbaycanda Bash Prokurorluq terefinden cinayat ishi achilib , vekil tut , tanish olsun iddia olunan ittihamlarin huquqi esasi ile ve subut et ki, gunahkar deyilsen . VESSALAM . hormetli azpolitika.info , bu sherhi , Əli Həsənovun diqqetine chatdirin .