Menu

"Peyvənd olunandan 20 gün sonra ölüb..." - TƏBİB-dən AzTV-nin rejissorunun vaksindən ölməsi ilə bağlı iddialara cavab

01.09.2021, 16:20
"Peyvənd olunandan  20 gün sonra ölüb..." - TƏBİB-dən AzTV-nin rejissorunun vaksindən ölməsi ilə bağlı iddialara cavab

Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər. 

Yaxınlarının iddiasına görə, rejissor vaksin vurdurduqdan sonra vəfat edib.

“Report” məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ilə müraciət edib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub: “Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol