Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.
Qeyd edək ki, dünən 2372 yeni yoluxma faktı qeydə alınmış, 34 nəfər vəfat etmişdi.
Şərhlər
Əgər bunlar 3893 nəfəri bir gündə sağalda bilirdilərsə niyə yoluxma sayı aşağı olanda 40-60 nəfər sağaldırdılar? Halbuki xəstəxanalarda müalicə alanların sayı dəfələrlə çox idi.Elə buna görə də bu statistika yox,fantaziyadr.Statistika idarəsinin Ölkədəki işsizlər sayı barədə məlumatları kimi .Kimi aldadırsınız?