RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb? (ARAŞDIRMA)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, R.Bayramlı bu əməllərini daha çox “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirib. O, TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) adlı MMC-ni satın alaraq, oraya özünün yaxın adamı - Hikmət adlı şəxsi direktor təyin edib.

Pandemiya dövründən faydalanan R.Bayramlı dövlətin COVID-19-la effektiv mübarizə aparılmasından ötrü xəstəxanaların laboratoriya təchizatının yaxşılaşdırılması üçün təşəbbüsündən istifadə edərək “səmərəli fəaliyyət”ə başlayıb.Belə ki, R.Bayramlı laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin (Onların bəzilərinin adı bizə məlumdur: “Sysmex Corporation”, “QIAGEN”, “Roche” və s.-dir – red.) xarici nümayəndələri ilə şəxsən görüşərək, onlardan “SPEKTR Med”ə eksklüziv partnyor səlahiyyətinin verilməsini istəyib. R.Bayramlı həmin şirkətlər qarşısında belə bir şərt qoyub ki, onlar özlərinin Azərbaycan üzrə nümayəndəliyini digər firmalardan alaraq “SPEKTR Med”ə versinlər. Bunun qarşılığında isə bu xarici şirkətlərlə böyük məbləğdə müqavilələr bağlanılacaq, xeyli miqdarda laboratoriya cihazları və reaktiv-reagentlər alınacaq. Şirkətlər bu şərtlə razılaşmayacaqları halda onlardan dövlət heç bir mal almayacaq, ölkəyə alternativ şirkətlər dəvət ediləcək.R.Bayramlı şirkətlərin bu sövdələşmədən qaçmaması üçün onları buna da əmin edib ki, dövlət tərəfindən bu işlər TƏBİB-ə həvalə edilib, yəni bütün işlərə o baxır.


Sövdələşmə baş tutandan sonra tələbnamə üçün həmin firmaların mallarının siyahısı tutulub. Bunun əsasında TƏBİB sədri müəyyən edib ki, həmin şirkətlərdən nələri ala bilər. Bundan sonra isə R.Bayramlı pandemiya ilə mübarizə üçün Azərbaycanda kifayət qədər laboratoriya avadanlıqlarının olmadığını, bu vəziyyətdə virusla mübarizənin çətin olacağını əsas gətirərək külli miqdarda laboratoriya avadanlıqları və reaktivləri satın alıb.COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib.Ramin Bayramlı bəzi xəstəxanaların satınalma, anbar və laboratoriya əməkdaşlarını da birbaşa özü vəzifəyə təyin edib. O, həmin kadrları özünün inandığı şəxslərin arasından seçib. Əsas yeyinti halları bundan sonra başlayıb.R.Bayramlı “adamları”nın olduğu yerlərdə, əsasən də yeni qurulmuş laboratoriyalarda dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının bir hissəsini özünün təsis etdiyi “İnci” laboratoriyalarına göndərib.

“İnci” laboratoriyalarındakı reaktiv-reagentlərin böyük bir qismi dövlət müəssisələrində kağız üzərində “istifadə edilmiş” reagentlər olub. Pulsuz reagentlər əldə edə bilməkdən ötrü o, analiz üçün istifadə edilən reagentlərin sayını sənəddə şişirdərək yazdırıb.Məsələn, bir şəxsin analizi üçün 2 reagent lazım olduğu halda, sənəddə bu say 5 göstərilib və qalan 3 reaktiv-reagent “İnciLab”a göndərilib.Kağız üzərində sənədləşmə qüsursuz icra olunduğundan bu faktın üstü uzun müddət açılmayıb.Daha çox pul qazanmaq tamahında olan R.Bayramlı dövlətdən mənimsədiyi reaktiv-reagentləri istifadə edə bilmək üçün digər klinikalara “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidmətinin göstərilməsi üçün əməkdaşlıq təklif edib.“İnciLab” klinikalara onların yaradacağı laboratoriyanın xərclərinin digər klinikalardan daha az olacağı, gəlirlərin isə onlardan daha çox olacağı vədini verib. Bu əməkdaşlıq sayəsində “İnci” laboratoriyaları bir neçə özəl tibb müəssisəsində “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidməti göstərir.Hazırda “İnciLab”ın mərkəzi filialı, HP Güvən Klinik filialı, Yeni Gəncə Tibb Mərkəzi filialı, Tovuz filialı, Sumqayıt filialı, İnci Diaqnostika Mərkəzi kimi 6 filialı var. Bu filiallar barədə “İnci” laboratoriyalarının rəsmi saytında da məlumat verilir.

Özünün şirkət yaratması ilə kifayətlənməyən R.Bayramlı yeyintilərin miqyasının və miqdarının artırılmasında qaynı Vüsaldan da istifadə edib. Belə ki, onun adına şirkət təsis edib. O, rayon xəstəxanalarının bir qisminə (hansına ki, özü rəhbərlər təyin edib) təsərrüfat mallarını Vüsalın rəhbəri olduğu şirkətdən almağı tapşırıb.Bu, Bakupost.az saytının qısa müddətdə əldə etdiyi məlumatlardır. Ramin Bayramlının etdiyi qanunsuzlar isə, əlbəttə ki, bununla bitmir. Onun təkcə Yeni Klinikada fantastik məbləğdə qazanc götürdüyü bildirilir.Qeyd edək ki, Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

635x100

Şərhlər

Vaqif Ağayev 2021-10-04 00:31:05

Sanki yeni xəbər tutublat.Bunu keçən iı həmən hamı bildu,ancaq səs boğuldu.Bayramlını ortaya çıxaran məmur ondan artıq conayətkardır.

İ.Mustafaoğlu 2021-10-03 19:59:14

Aidiyyatı orqanlar hara baxıb ???

Əbdül Rzayev 2021-09-24 10:41:14

Bayramlı oğurladıqlarını,topladıqlarını tək mənimsəməyib ki?....Bəs onlar niyə kənarda qalıb?....

Fehle 2021-09-21 00:04:38

Ramin Bayramlının digər qohumu Azərbaycanın ALmaniyadakı səfiri Ramin Həsənovdur. Dövlət büdcəsindən 3 milyon AZN oğurladığı deyilir.

Fuad 2021-09-18 11:08:43

....

Hafiz 2021-09-18 00:18:48

Tebibin fealiyyetinde cox boyuk noqsanlar var,Tebib yarandiqi gunden hekimleri incitmekle meshquldur, hekimleriin ish yuku artirilib,Qarayev adina 2sayli respublika ushaq xestexanasi kecmiish Semashko xestexanasi ile birleshdirilib,hekimlerin ekseriyyeti qadinlardir,ish saatlarin attiriblar,2,3 gunden bir sehere qeder novbetci saxlayirlar,orda ishleyen qadinlarin ekseriyyeti 50,60 yashin kecmish qadinlardir,gedib muraciet edirsen ki,qadinin 61 yashi var,bunun istirahet huququ var,ailesi var,mueyyen xesteliyi var,deyirler,beledir istemir erizesin yazsin cixsin,yazshi erizesin yazsin cixsin,qalsin ishsiz,yashida teqaude dushmur,onda bu qadin ne etsin? umimiyyetle Tebib yarananda verilen vedlerin hec biri yerine yetirilmir, ish yuku artib ancaq maash artmayib,eksine azalib,vakant hekim yerlerine teyinat olunmur,hekim cox boyuk fiziki yuk altinda ishleyir,(gece novbeleri daxil)ved olunan xeste aparilmasi sayi bonuslar verilmir,gece novbeye qalmaqa gore maasha elave odenishler edilmir,umumiyyetle tebibin fealiyyetinde,ishinin teshkilinde cox boyuk noqsanlar var ve bu noqsanlar aradan qaldirilmalidir

Şəhriyar 2021-09-17 23:24:00

İstefa verəndə yadınıza düşdük sən demə burda oğru imiş.

Eli 2021-09-17 21:55:00

Eger bu yaxılanlar doğrudursa onda bele bir sual çıxır meydana:Bes göresen bu “lotu doktorun bu vezifeye namizedliyini handı memur verib .Bax esas maraqlı olzm sual budur.Demeli bu memur bunun kim olduğunu bilirmiş ve çıx güman ki,bunlar elbir olub bu işi planlı şekilde heyata keçiribler.Mentiq bunu deyir.Xalqın bu kömksix beziyyetinden sui istifade.Sdam döz tspa bilmir nu işlere.Yeni biz heqiqeten bu gündryik.

suleyman axundov 2021-09-17 12:39:24

yasina bax isladiyi basa bax yolu ancaq hapis olunmalidi pandemiyadan istifade edib milyon qazanib

Niyaməddin 2021-09-17 01:06:17

Allah rəhmət eləsin Mircəfər Bağırova. Belələrinin alnının ortasından bir güllə vurub, cəhənnəmə vasil edərdi.

t.ədalət 2021-09-16 23:04:24

Raminin talançı və dövlət əmlakı oğrusu olduğu məlum.Bəs,onun müəllim atası,görəsən,ağsaqqal yaşında niyə yalan danışır?Deyir ki,oğlu təmiz adamdır,öz zəhməti ilə yaşayır.Mən,bu ağsaqqala görə xəcalət çəkdim.Ayıbdır,Vallah ayıbdır!

RR 2021-09-16 22:56:12

Tek budu beyem? 90% hamsi eledideee brlkede 99% Biyabrciliq ...

İ.Mustafaoğlu 2021-09-16 22:27:46

SSRİ dönəmində olan yoxlamalar bərpa olunmalıdır, çünki vəzifəyə təyin olunanlar öz xidmətləri ilə cənab Prezidentin etimadını qazanmaq əvəzinə xəyanət edirlər və başlayırlar dövlət əmlakını talan etməyə. Bütün strukturlar yoxlanılsa eyni mənzərə üzə çıxar ! Cənab Prezident hümanistlik göstərərək yoxlamaları müəyyən müddət dayandırmış, bundan istifadə edən işbazlar şəxsi maraqları üçün istifadə edərək başlayırlar dövlət əmlakını talan etməyə ? Dövləty əmlakının talan olunmasının əsas səbəblərindən biri, qohum-qardaşların bir yerdə işləmələridir, çünki onların qanunsuz əməllərinə nəzarət edən olmayır, özlərindən arxeyin olararaq dövlətin əmlakını talan etməyə başlayırlar ... Bunun üçün yoxlamalar ciddi formada fəaliyyət göstərməlidirlər ! Bütün strukturlar qanuni qayda da yoxlama aparılsa ölkəmizin büdcəsi 3-4 dəfə yerinə yetirilmiş olar !

Cəvahir 2021-09-16 17:48:35

Bəs bu ölkənin polisi,İqtisad nazirliyi,digər nəzart orqanları niyə fəaliyyətsiz olub?Axı bu 1-2 günün işi deyil.

Son yazılar