SEPAH AZƏRBAYCANDA ÖZÜNÜN CƏSUS ŞƏBƏKƏSİNİ QURUR - Şok TƏFƏRRÜAT + FOTO

İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda "Hüseynçilər" müqavimət hərəkatının yaradıldığı elan edilib.

"AzPolitika.info" virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Middle East Monitor" portalı yazır. Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.

"Lakin hərəkat rəsmən bu günlərdə aktiv edilib. "Hüseynçilər", yaxud "Hüseyniyun" İslam Respublikasının Yaxın Şərqdəki "Müqavimət oxu" (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir", - müəllif bildirir.

Məqalədə qeyd olunur ki, hadisələrin bu cür inkişafı təbii ehtiyatlarla zəngin ölkədə daxili təhlükəsizliyin və siyasi stabilliyin pozulması tendensiyasını başlada bilər.

"Bu da mühümdür ki, indiki hökumət İsrailin və qardaş Türkiyənin vacib müttəfiqidir. Hərçənd Tehran əvvəllər də öz inqilabını Azərbaycana ixrac etməyə can atıb, amma bu işdə əhəmiyyətli uğur qazana bilməyib. Azərbaycanda 1991-ci ildə təsis edilən İslam Partiyası İran tərəfindən gizli maliyyələşdirildiyinə, hökumət çevrilişinə və ölkədə islam respublikası qurmağa cəhd etdiyinə görə dörd il sonra bağlanıb. Amma partiya fəaliyyətini daha bir neçə il qeyri-leqal davam etdirib və 2011-ci ildə onun lideri Mövsüm Səmədovun həbsi onun fəaliyyətinin kulminasiyası olub", - nəşr yazır.

Müəllif qeyd edir ki, İsrailin kəşfiyyat və terrorçuluq üzrə informasiya mərkəzi Meir Amitin (ITIC) məlumatlarına görə, İnqilab Keşikçiləri Korpusunun "Qüds" qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir.

"Mərkəzin məlumatlarında deyilir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri "Qüds" qüvvələri ona qarşı pozucu fəaliyyətlə məşğul olub. İranın məqsədi Azərbaycanda destabilizasiya yaratmaq, onun hakimiyyətinə təzyiq göstərmək və ölkənin dünyəvi xarakterini dəyişdirmək, habelə qərbyönümlü oriyentasiyasını dəyişdirmək və İsraillə yaxın münasibətlərinə zərər vurmaqdır", - "The Middle East Monitor" bildirir.

Qeyd edilir ki, Azərbaycan İslam Partiyasının bəzi keçmiş üzvləri 1993-cü ildən fəaliyyətdə olan, İran tərəfindən maliyyələşdirilən "Azəri Hizbullah" və 1995-ci ildə yaradılan, Bakıdakı ABŞ və İsrail səfirliklərinə hücum planlaşdıran "Ceyşullah" yaradıblar.

"Praqmatik nöqteyi-nəzərdən İran Azərbaycan millətçiliyini öz ərazisində böyük sayda azərbaycanlıların yaşamasına görə daxili işlərinə təhdid kimi dəyərləndirir. Bakı ilə əlaqələr saxlamaqla bərabər İran Azərbaycanın qatı düşməni olan Ermənistana daha çox meylli hesab edilir. Məhz bu səbəbdən İran bilir ki, bir vaxtlar Fars imperiyasının və Qacar şah İranının bir hissəsi olmuş qonşularına münasibətdə ehtiyatlı davranmalıdır. İran artıq Türkiyə və Rusiyanın iştirakı ilə ötən ilin payızında Qarabağdakı müharibənin dayandırılması razılaşması baxımından ən çox uduzan tərəf kimi nəzərdən keçirilib. Bununla belə İsrailin Azərbaycanla getdikcə artan yaxınlığı İranda narahatlıq yaradır, ötən həftənin əvvəli İran qəti şəkildə bildirdi ki, regionda hər hansı geosiyasi dəyişikliyə imkan verməyəcək",-ərəb nəşri qeyd edir.

Müəllifə görə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin hansısa eskalasiyaya gətirib çıxarması az ehtimal ediləndir. Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya "Müqavimət oxu" çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş ardıcıl və effektiv siyasətinə üstünlük verə bilər.

"Tehranın Azərbaycanla münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq, amma "Hüseynçilər"in meydana çıxması bunun aydın göstəricisidir ki, İranın öz düşmənlərinə qarşı qeyri-ənənəvi vasitələrlə fəaliyyət göstərmək imkanları var", - məqalədə deyilir.

635x100

Şərhlər

Eli 2021-10-12 00:40:18

İndi İran bele bir Müqeddes,Peyğember övladı İmam Hüseynin adından hansı meqsedler üçün istifade edir:cadus şebekesi yaratmaq üçün,siyası meqsedler üçün.Meger bu Müqeddes İnsan bunun üçünmü özünü Haqq yolunda,İslam dininin var olmadsı yolunda qurban verib.Kim bunu bize başa sslıb anlada biler?

Niyaməddin 2021-10-11 19:44:51

Başlarına dəmir yumruq zərbəsi istəyirlər. Millətimiz, dövlətimiz ayıq-sayıq olmalıdır.

Eli 2021-10-11 16:01:08

Bedbext İran,bedbext İran xalqı bir başını qaldır,ayıl gör sene din perdesi altında kimler rehberlik edib senin taleyinle oynayırlar.İmam Hüseynin İslam tarixinde evezolunmaz ve dsnılmaz xidmetleri olub bu gün bu dinin mövcudluğında onın tarixi xidmetleri heç zaman müselmanlat unutmaz be unutmayacaqlar.Hezreti Mehemmedin nevesi ,İmam Elinin övladı ve özünün xidmetleri dunya durduqca Var olcaq

Azer 2021-10-11 13:27:59

Gerek bunlarin tepesini qalxmamis ezesen, here ozunden bir teskilat qurur.

Qoca Molla 2021-10-11 12:20:06

Ekspo Mərkəzdəki KİTAB SƏRGİSİNDƏ İran yenə bizə sataşmaq istedi. Ocaq Necatin Medeniyyet merkezi cemi 2 eksponat nümayiş etdirirdi: Türkün əzəli düşməni Firdovsinin "Şahnamə"si və fars şairi hesab etdikləri Nizami Gəncəvinin özləri fars adıyla Həft Peykər nəşr etdirdikləri kitabı. Anlamıram Mədəniyyət Nazirliyimiz onları niyə təxribatçı olduqlrını bilə bilə sərgiyə dəvət etmişdi.

Son yazılar