ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Vaşinqton beynəlxalq aeroportuna gəlib ki, Moskvaya uçsun.
Bu barədə «RİA Novosti» hadisə yerindən xəbər verib.
Yaxşı əhvalda olmasına baxmayaraq, diplomat agentliyin Rusiyaya səfərindən gözləntiləri ilə bağlı sualına çavab verməkdən imtina edib.
Gözlənilir ki, Nuland Moskvada 11-14 oktyabr tarixlərində olacaq.
Bu ərəfədə XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın xəbər verdiyi kimi, Dövlət Departamenti sədrinin müavini xarici işlər nazirinin müavini Sergey Ryabovla görüşəcək. Bundan başqa, onun digər idarələrdə də danışıqları planlaşdırılıb.
Zaxarovanın sözlərinə görə, Nulandın səfərinin təşəbbüsü Vaşinqtondan gəlib. Ancaq ABŞ diplomatının adı 2019-cu ildən Moskvanın qara siyahısında olub.
XİN nümayəndəsinin dəqiqləşdirdiyi kimi, diplomatın Rusiya sərhədini keçməsi üçün iki ölkə paritet əsaslarla bu siyahıda iki nəfərin (hər tərəfdən bir nəfər) adını sanksiya siyahısından çıxarmalıdır.
Viktoriya Nuland ABŞ-ın Rusiya və keçmiş SSRİ üzrə başlıca mütəxəssislərindən biri hesab olunur. Əvvəllər o, DD-də dövlət katibinin müavini postunda Avropa və Avrasiya üzrə işləri kurasiya edib.
AzPolitika.info


Şərhlər