OCAQNEJADIN BAKIDAKI ƏSAS MİSSİYASI VƏ ŞOK ƏMƏLLƏRİ.. - Azərbaycanda yüz minlərlə dollar xüms toplayıb və... + FOTOLAR



İran Mədəniyyət Mərkəzi və onun patronajlığında olan “Xomeyni İmdad Komitəsi” Azərbaycanda 1993-cü ildən etibarən fəaliyyət göstərib. “İmdad Komitəsi”nin Bakı təmsilçiliyinin rəhbəri Hüseyn Ənvari KİV-ə açıqlamasında bildirmişdi ki, fəaliyyətdə olduqları 20 il müddətində Azərbaycanda “mədəniyyət ocaqlarına, təhsil müəssisələrinə, qaçqın və köçkün ailələrinə, ailə qurmaq istəyən imkansız gənclərə, aztəminatlı ailələrə, tibbi yardıma ehtiyacı olanlara” yardım göstəriblər. Amma araşdırmalar göstərir ki, bu açıqlamada bilərəkdən yol verilmiş yanlışlıqlar var.
Faktlar düşünülmüş şəkildə təhrif edilib, İran Mədəniyyət Mərkəzinin gerçək məqsəd və niyyətinin gizlədilməsinə xidmət edib. “İmdad Komitəsi” Ənvarinin qeyd etdiyi sosial zümrələrə deyil, bu zümrələr sırasından seçib müəyyənləşdirilmiş ayrı-ayrı fərdlərə, konkret şəxslərə “yardım” göstərib. Yardım adıyla təqdim edilən vəsait təyinatlı olub, xüsusi maraqlara xidmət edib. Hər bir istiqamət üzrə diqqətlə seçilib müəyyənləşdirilmiş, maliyyələşdirilmiş şəxslərin kimliyinə, hansı məqsədlərə xidmət etdiklərinə, hansı səbəblə maliyyələşdirildiklərinə aydınlıq gətirmək üçün öncə İran “Mədəniyyə Mərkəzi”nin və onun yönləndirməsi ilə vəsaitlər ayıran “İmdad Komitəsi”nin missiyasına diqqət yetirmək lazım gəlir.
Məsələnin kökü ondadır ki, şiə inancına görə, 12-ci imam qeybə çəkilib və o, zühur edənə qədər şiələrə rəhbərliyi vilayəti-fəqih həyata keçirməlidir (https://az.wikipedia.org/wiki/Vilay%C9%99ti-F%C9%99qih). İran bu inancdan özünün siyasi maraqları üçün sui-istifadə edir, məsələni dini-ideoloji kontekstdə təqdim etsə də, nəticəni özünün siyasi maraqları müstəvisinə yönləndirir. İran ideoloqları özlərinin dini rəhbərləri Seyid Əli Xameneyinin hakimiyyətini vilayəti-fəqih elan ediblər. Bütün dünya şiələrini dini-mənəvi, siyasi-ideoloji baxımdan Xamneyiyə, yəni onun rəhbərliyi altında olan İrana tabe etmək istəyirlər.
İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Seyid Əliəkbər Ocaqnejad İranın ali-dini lideri Seyid Əli Xameneyinin, yəni vilayəti-fəqihin Azərbaycandakı nümayəndəsidir. Məntiqi nəticə budur ki, Ocaqnejadın burada olmasının fəlsəfəsi Azərbaycan şiələrini dini-ideoloji baxımdan İrana tabe etməkdən ibarət olub.
Amma bu, zahiri görüntüdür, dini ideologiya pərdəsi altında gerçəkləşdirilən riyakar bir siyasətdir. Proses dini-ideoloji müstəvidə təqdim edilsə də, mahiyyətcə İran dövlətinin siyasi maraqlarına xidmət edir. İranın ali dini liderinin Azərbaycan Respublikası üzrə nümayəndəsi höccətülislam Əliəkbər Ocaqnejad ilk gəlişində ölkəmizdə hörmətlə qarşılanıb. Bu, Azərbaycanda dinə hörmətdən və Ocaqnejadın soydaş sayılmasından irəli gəlib.
Digər bir səbəb isə İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneyiyə olan xoş münasibətdən qaynaqlanıb. Ancaq sonrakı dövrlərdə baş verən proseslər, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üçün İranın verdiyi dolayı dəstək, 44 günlük müharibədə İranın Azərbaycan əleyhinə fəaliyyəti, Zəngəzur dəhlizinin açılmaması üçün qurduğu planlar isbat etdi ki, nə İran səmimi islam respublikası deyil, nə də onun ali-dini liderinin Bakıya qarşı davranışları müsəlmançılıq prinsiplərinə uyğun gəlmir. Əksinə, İran Seyid Əli Xameneyiyə, onun Bakıdakı nümayəndəsi Ocaqnejada göstərilən yüksək etimaddan sui-istifadə edib. O, din pərdəsi adı altında Azərbaycan cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olub. “Hüseynçilər” Hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı, “Şəhriyar” Mədəniyyət Mərkəzi kimi təşkilatların fəaliyyətini stimullaşdıraraq, Azərbaycanın sekulyar quruluşuna qarşı çıxıb. Bu təşkilatlar ölkəmizdə ayətullah Xameneyinin “İslam inqilabı doktrinası”nın yayılması, İranın tələblərinə tabe olan bir rejim yaradılması üçün çalışıblar (https://report.az/analitika/eliekber-ocaqnejat-iranla-azerbaycan-arasindaki-gerginliyin-esas-baiskari/).

İran bənzər siyasəti Azərbaycandan öncə digər şiə kökənli ölkələrdə tətbiq edib və həmin ölkələrə fəlakətlər gətirib. Yaxın Şərq təcrübəsi göstərir ki, İran öz məqsədinə çatmaq üçün şiələrin kompakt yaşadığı müsəlman ölkələrində şiələri öncə dini-ideoloji baxımdan təşkilatlandırır, sonra onları siyasi qüvvə kimi formalaşdırır, daha sonra həmin dini-siyasi qüvvənin silahlı qruplaşmasını yaradır. Livan (Hizbullah), İraq (Həşdi-Şabi) və Yəmən (Husilərdən ibarət silahlı ordu) buna bariz nümunədir. İran eyni ssenarini Azərbaycanda da tətbiq etməyə çalışıb. Ocaqnejad bu prosesin ilkin mərhələsini, yəni şiələrin dini-mənəvi və siyasi-ideoloji baxımdan təşkilatlanmasını həyata keçirmək üçün Azərbaycanın müstəqillik qazanmasının ilk anından-1993-cü ildən Bakıya göndərilmişdi.
Yaxın Şərqdə böyük qətliamlar törədən, ideoloji baxımdan “siyasi təmayüllü sünni”lik qismində təqdim edilən İŞİD kimi, İran kökənli “siyasi təmayüllü şiəlik”də dünyəvi dövlət quruluşlu ölkələri ciddi şəkildə təhdid edir.
Perspektivdə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsini, dünyəvi dövlətçilik prinsiplərinin ortadan qaldırılmasını, xalqımızın milli dəyərlərinin yox edilməsini və farslaşdırılmasını hədəfləyən “siyasi təmayüllü şiəlik” bu xüsusiyyətləri ilə “siyasi təmayüllü sünnilik”dən az təhlükəli deyil. İranın və onun Azərbaycandakı təmsilçisi Əliəkbər Ocaqnejadın təlqin etdiyi “siyasi şiəlik” ideologiyasının yayılma mexanizminə nəzər salanda görürük ki, İranın nə hədəfləri, nə də bu hədəflərə çatmaq üçün tətbiq etdiyi metodlar, icra mexanizmləri dəyişmir.
10 illərdir ki, bu siyasət şiəməzhəb ölkələrdə eyni formada tətbiq edilir. Azərbaycanda da siyasətin tətbiq edilməsi İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Əliəkbər Ocaqnejadın əsas missiyası olub.
Ona öz missiyasını yerinə yetirmək üçün lazım olan ilkin maddi vəsait isə İmdad Komitəsinin “yardım kampaniyaları” adı altında çatdırılıb. İran Mədəniyyət Mərkəzi və İmdad Komitəsi Azərbaycan rayonlarını təsnifatlaşdıraraq 19 qrup üzrə bölmüş, həmin 19 bölgə üzrə özünün yerli təmsilçiliyini yaratmış, bu təmsilçiliklərin hər rayon üzrə nümayəndəsini təyin etmişdi. Təmsilçilər əhali ilə canlı təmasda olmuş, araşdırmış, missiyalarına uyğun gələn şəxsləri seçib müəyyənləşdirmiş, onların adlarını “yardıma ehtiyacı olan imkansızlar” siyahısına daxil edərək nəzarətə götürmüşdür. Ocaqnejad Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə “yardıma ehtiyacı olan imkansız ailələr” sırasından xüsusi talantlı uşaq və gəncləri seçib ayırmış, “seçilmiş” gənclərin təhsil almaq adı ilə İrana göndərilməsini həyata keçirmişdir. İrana aparılan gənclərin dini təhsil almaq adı altında orada əməkdaşlığa cəlb edilmələri, İranmeylli təbliğat maşınının qurbanına çevrilmələri, gələcəkdə öz xalqına qarşı məqsədyönlü fəaliyyətə yönəldilmələrinə dair çoxsaylı faktlar mövcuddur. Günümüzdə İranda məskunlaşmış və anti-Azərbaycan fəaliyyəti ilə seçilən şəxslərdən Orxan Məmmədovun, Tohid İbrahimbəylinin, Əkrəm Hacızadənin, Musa Əsədzadənin durumları göz qabağındadır. (https://ovqat.com/manset/28400-hizbullahn-azrbaycan-uzr-eyx-nsrullas-tofid-brahimbyli-kimdir.html).
İranda “təhsilini” başa vurduqdan sonra geri qayıdan gənclər də sərbəst buraxılmayıblar. Onlar müxtəlif vasitələrlə maliyyələşdirilmiş, din xadimi və ya ilahiyyatçı kimi cəmiyyət tərəfindən qəbul olunmalarına çalışılmışdır. Hazırda həbsdə olan bir qrup radikal şiə radikalları arasında məhz həmin şəxslər də vardır.
“Yardım” pulu “xidmətə müqabil”ində verilib
İran molla rejiminin ideoloji müstəvidə xidmətçisinə çevrilən bu şəxslərin maliyyələşdirilmə mexanizmləri də maraqlıdır. Məsələn, əldə edilən siyahıların birindən bəlli olur ki, “xidmətdə fərqlənən” 250 nəfərə hər ay “Hüseyniyyə” mərkəzində 100-1000 manat aralığında “yardım pulu” verilib. Həmçinin, Ocaqnejadın göstərişi ilə İran molla rejimini açıq tekstlə təbliğ etmək üçün müəyyənləşdirilmiş 381 nəfərdən hər birinə hər ay 100-150 manat civarında pul verilib.
İranın dini məktəblərində təhsil alaraq geri dönmüş, Bakıda mollalıq edən gənclərdən biri öz müsahibəsində qeyd edib ki, Ocaqnejadın idarəsindən hər ay aldığı 150 manat qarşılığında ondan çox sadə tələblərə əməl etməsi istənilib: “Hüzr məclislərində, dini toplantılarda arada bir İranın dini siyasətindən söz salıb təqdir etsin, “Ocaqnejad Ağa” deyə bir cümlə işlətsin” (https://aqreqator.az/az/siyaset/441594).

Ocaqnejadın, “İmdad Komitəsi”nin siyahılarında adı keçən şəxslərin bir qismi sadə və mövhumatçı dindar vətəndaşlardır. Bu kateqoriyaya daxil olan insanlar ən az yardım alanlar sırasındadırlar. Onlar aldıqları vəsait qarşılığında fərqinə varmadan İran molla rejiminin xüsusi təlimatlarını həyata keçiriblər.
Göründüyü kimi, Əliəkbər Ocaqnejad İrandan gələn maliyyə vəsaitini ehtiyac içində olanlara deyil, İranın maraqlarına xidmət edənlərə, Azərbaycanın dövlət siyasətinə əks gedənlərə paylayıb. O, elə bir mexanizm qurub ki, İranın ayırdığı ilkin sərmayəni təkcə siyasi divident formasında deyil, həm də maddi vəsaitlər qismində geri qaytarıb.
Bəllidir ki, şiə inancına mənsub müsəlmanlar xümsü (qazanclarının beşdə birini) təqlid etdikləri müctəhidə verirlər. İran və onun Azərbaycandakı nümayəndəsi Ocaqnejad bu amildən də sui-istifadə edib, yetərincə faydalanıb. Xüms ödəyənlərin ayırdıqları vəsaiti müctəhidin nümayəndəsinə, yəni onun özünə təqdim etmələri üçün mexanizm yaradıb (https://www.sistani.org/azari/book/25262/4103/). Beləliklə, Seyid Əli Xamneyini təqlid edən Azərbaycan şiələri xümslərini Xameneyinin nümayəndəsi Ocaqnejada veriblər. Ocaqnejad da həmin xüms pulundan şəhriyyə (aylıq maddi dəstək) kimi İranda “təhsil almış” şəxslərə, daha doğrusu, İranpərəst ruhunda tərbiyələndirilən şəxslərə paylayıb. Bu münvalla onları maliyyələşdirib. Məlumatlar göstərir ki, Ocaqnejad təkcə Azərbaycan vətəndaşı olan şiələrdən deyil, həm də Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Türkiyədə yaşayan şiə inanclı soydaşlarımızdan xüms toplayıb. Bu vəsaitin miqdarı yüz minlərlə dollar məbləğində olub.
Ocaqnejatın təbliğat toruna daxil olan sosial şəbəkə profilləri və KİV qurumları
Qeyd etdik ki, xüms adıyla toplanılmış vəsaitin bir qismi Ocaqnejatın “seçilmişlər” qrupunun üzvlərinə verilib, İranın Azərbaycan əleyhinə təbliğatına yönəldilib. Bu təbliğat maşını xüsusi tezislərlə təmin edilib. Cəmiyyətə təlqin etməyə çalışıblar ki, bütün sosial-iqtisadi, mənəvi, hüquqi problemlərin əsas səbəbi Azərbaycanın dünyəvi dövlət quruluşudur. Buna istinad edərək dindarlar arasında “şəriət qaydaları ilə idarə olunan ölkə” ideyasının yayılmasına çalışıblar. Milli mənsubiyyətimiz və mədəniyyətimizlə bağlı hər şeyi inkar edib, dini kimliyimizin Azərbaycançılığa qarşı qoyulmasına cəhd göstəriblər.
Ümmətçilik prinsiplərinin təbliği fonunda milli kimliyimiz arxa plana atılıb. Ölkəmizdə dini kontingent daxilindəki birlik və həmrəylik mühitini sarsıtmaq, məzhəb ayrı-seçkiliyi zəminində qarşıdurma yaratmaq üçün çoxsaylı təşəbbüslər göstərilib. Vətən müharibəsində şəhid olmuş vətəndaşlarımız məzhəbinə görə fərqləndirilib.
Ocaqnejad qrupunun təbliğatında Azərbaycanın ictimai, sosial və mədəni sahələrindəki inkişafı kontekstdən çıxarılaraq neqativ formada şərh edilib, əxlaqsızlığın yayılması, ənənəvi dəyərlərin tapdanılması kimi təqdim edilib. Ölkəmizin xarici siyasətini, beynəlxalq təşkilatlarla münasibətini İslama təhdid kimi qiymətləndiriblər. Türkiyə, İsrail, ABŞ dövləti ilə münasibətləri hədəfə alıblar, dini inanclı insanları dövlət siyasətimizdən narazı salmağa çalışıblar.
Ocaqnejad komandası məscidlərin pandemiya ilə əlaqədar bağlanmasını fərqli formada şərh etmiş, dindarlığın sıxışdırılması kimi qələmə vermiş, dindarları Məhərrəm ayında əzadarlıq mərasimlərinin məsciddən kənar yerlərdə keçirilməsinə təşviq etmişlər.
Təsadüfi deyil ki, 1993-cü ildən başlayaraq, Azərbaycan xüsusi xidmət orqanları bir neçə dəfə zərərsizləşdirdikləri terrorçuların istintaqını apararkən İran Mədəniyyət Mərkəzinin və onun rəhbəri Əliəkbər Ocaqnejadın izinə çıxıblar. 1993-cü ildə Ocaqnejad dövlət təhlükəsizlik prinsiplərinə zidd fəaliyyətlə məşğul olduğuna, “Təzəpir” məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürülmüş, xəbərdarlıq almışdır. Bənzər hadisə 2011-ci ildə də yaşanıb. Həmin ilin avqust ayında Azərbaycan hüquq-mühafizə orqanları “ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqla xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə təqsirli bilinən bir neçə şəxsin saxlanılması” barədə bəyanat yayıblar. Həmin bəyanatda da işin tərəfdarlarından biri kimi İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Əliəkbər Ocaqnejadın adı keçir.
Qeyd edilir ki, “Cəfəri” adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər”. Bu olayda İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin və onun rəhbəri Ocaqnejadın adı xüsusi hallandırılıb (https://www.azadliq.org/a/24297758.html).
Bildirilib ki, dindar kontingent daxilində İranmeyilli təsirlərin artması, radikal meyillərin gücləndirilməsi, İslamın şiə məzhəbi müstəvisində təbliğ olunması nəticəsində ölkəmizdəki tolerant mühitin zəiflədilməsinə hesablanmış fəaliyyət göstərilib. Qəribədir ki, Ocaqnejad bu proseslərdən qurtulmağı bacarıb.
2015-ci ilin payızında baş vermiş Nardaran insidentinin “xeyir-duası” da Ojaqnejadın dəvəti ilə hadisələrdən iki ay öncə Qumdan Bakıya səfər etmiş Ayətullah Hüseyn Nuri Həmədani tərəfindən verilib. Nardaran insidenti Əliəəkbər Ocaqnejadın içində olduğu proseslərdən bir nümunədir.
Maraqlı məqamlardan biri də Ayətullah Hüseyn Nuri Həmədani ilə məsciddə keçirilən görüş zamanı zalda bir neçə “Hizbullah” bayrağının dalğalanması idi. Hadisələrindən sonra Azərbaycan xüsusi xidmət orqanları müəyyən etmişdilər ki, Nardaranda ələ keçirilən silah çeşidləri tanıdığımız ənənəvi silahlar deyil. Bu silahlar “Hizbullah”ın Yaxın Şərqdə istifadə etdiyi silahlar kateqoriyasına aiddir. Nardaranda bu silahların necə əldə edilməsi üzrə mülahizələr isə çox narahatedici məqamlardan xəbər verirdi.
İran Mədəniyyət Mərkəzi və onun rəhbəri olan Ocaqnejadın kuratorluğu ilə idarə edilən anti-Azərbaycan təbliğatı təkcə hüzr mərasimlərində, dini ayinlərdə, məscidlərdə aparılmayıb. Bu təbliğatı əks etdirən geniş sosial şəbəkə profilləri mövcuddur. Sıralarında internet və ənənəvi KİV qurumları da vardır. İnternet məkanında Azərbaycanın milli maraqlarına, dövlətçilik prinsiplərinə zərbə vurmağa çalışan dini, dini-siyasi məzmunlu səhifələrin, kanalların, saxta və real profillərin yaradılması, bu səhifələrin mərkəzləşdirilmiş qaydada dəstəklənməsi İran Mədəniyyət Mərkəzinin məşğuliyyətlərindən olub. Hansı sosial şəbəkə profilləri, hansı KİV qurumları bu şəbəkəyə qoşulublar, təbliğatlarını necə qurublar, kimliklərini necə gizlədiblər? Növbəti yazımızda bu barədə geniş bilgi veriləcək...
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Maraqlıdır ki, Bakıda Səfirlik binası varsa ikinci binaya Konsulluğa nə ehtiyac var? Öz xürafatlarını yaymaq üçün istifadə edirlər
Ojaxdı nədi o kimdiki, Şükürü, Surxayı,
Onda belə çıxır ki,ojaxnijat və xomeneyi Azərbaicana qarşı fırıldaqlıqla məşğul imiş heç xəbərimiz yoxmuş
Ocaqnejat bir İran lotusudur.Eyni ilə şeyx nəsrullah kimi axmaq azərbaycanlıların hesabına Bakıda özü üçün kef məclisi qurmuşdu.Həm də ətrafındakı adamlardan terrorçular yetişdirməklə məşğul idi.Güman ki onun yetişdirdikləri arasında Türkiyədə tapşırıq yerinə yetirən xeyli casuslar var.
Bəs bu illər ərzində Azərbaycanın dini qurumlar üzrə Komitəsi M.Qurbanlv,,Əlahəzrət Şeyx haraya baxıb?Niyə onlar məsuliyyətdən kənarda saxlanılır?məgər onların başqa işləri də var? Deməli bu barədə onlardan ciddi hesabat tələb edilməlidir.
Allah bunların belini qırsın. Bunlardan başqa nə gözləmək olar ki? Allahşükürdən soruşmaq lazımdır, görəsən Xameneinin bu hərəkətini necə dəyərləndirir? Gah orada, gah burada görsənən münafiqlər.
Birdəfəlik rədd eləyin bunları ölkəmizdən
Perspektivdə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsini, dünyəvi dövlətçilik prinsiplərinin ortadan qaldırılmasını, xalqımızın milli dəyərlərinin yox edilməsi bunlar düz qeyd olunub İranın din siyasətinə dəstək verən insanlar narkotacırlardan daha təhlükəli biri gənclərin bədənini zəhərləyir o bri isə beynini zəhərləyir
FARS ŞOVİNİZMİ DİN PƏRDƏSİ ALTINDA AZƏRBAYCANA QARŞI ƏLİNDƏN GƏLƏN PİSLİY ETMƏYƏ CALIŞIR.
Burada A/Pa.azad'nin d' rolunu qeyd etm'k yerin' dw.'rdi/