TƏBRİZİN YENİ FARS VALİSİNƏ TÜRK ŞİLLƏSİ – SEPAH generalının təqdimat mərasimində skandal + VİDEO

Cənubi Azərbaycanın Şərqi Azərbaycan vilayətinə yeni təyin olunmuş fars ostandar - valinin təqdim olunması mərasimində skandal olay baş verib.

"AzPolitika.info" xəbər verir ki, internet resurslarında yayılan videoda general-vali Zeynəlabedin Xorrəm mərasimdə çıxış edərkən səhnəyə çıxan bir nəfərin onun sifətinə şillə vurduğu görünür. Həmin şəxs mühafizəçilər tərəfindən dərhal zaldan çıxarılır. Sosial mediada onun Türk olduğu, Təbriz əyalətinə fars əsilli generalın vali təyin edilməsinə bu üsulla etiraz etdiyi bildirilir.

General-vali Zeynəlabedin Xorrəm isə mətbuata onu vuran şəxsi bağışladığını bildirib. "Suriyada düşməndən hər gün o qədər kötək yemişik, gülləyə tuş gəlmişik ki, bu əməl onun yanında heç nədir", - deyə o qeyd edib.

Sosial şəbəkələrdə o da xəbər verilir ki, Z.Xorrəmi vuran onun keçmiş silahdaşı, polkovnik Əyyub Əlizadə olub. 

Xatırladaq ki, İran Nazirlər Kabinetinin qərarı ilə, İslam İnqilabının Keşikçilər Korpusunun zabiti olan Z.Xorrəm bir neçə gün əvvəl Şərqi Azərbaycan vilayətinin başçısı təyin edilib.

"AzPolitika.info"


635x100

Şərhlər

Veteran 2021-10-28 17:03:58

Bu başlanğıcdır.Əgər bu qardaşımıza hansısa təxribat olarsa birlik nümayiş etdirib o validir nədir zaddırTəbrizdən RƏDD edib, yerli türkü gətirmək lazımdır.

Niyaməddin 2021-10-24 20:57:19

Halal olsun igid qardaşımıza! Əhsən!

Tahir 2021-10-24 11:39:39

Bu Z.Xorrəmlap tülkü kimi bicin bitmiş.Sırazı vəziyyətdən çıxmayın nisbətən doğru variantını tapıb. Amma bunun ən pis tərəfi odur ki, innən belə kimin Xörəkdən xoşu gəlməsə salacaq bunu şillə- təpiyin altına vur ki vurasan...day bu da vərdiş edəcək Şansının kinodundakı kimi sapalaqlanmasa ürəyi darıxacaq. Əla.. davay eee şapalaqlayın bu nəmənəciyini

Patriot 2021-10-24 08:09:07

Allah qorusun Əlizadə qardaşımızı İnşAllah tezliklə həmin vəzifəyə o, təyin olunar.

Ayaz 2021-10-23 22:46:18

Vali toremedi deyesen.....

Eli 2021-10-23 21:41:00

Bu İranlıların her hoqqasına dözmek olar ,birinden başqa,bu da çıx düşünülmüş iyrenc alçaq niyyetli bir meseledir ki, yüz faiz bı ermeni be farslar terefinden mecsusi olaraq biz-azerbaycanlılara ,Azerbaycana qarşı düşünülmüş bir fitne ,telefir yeni bir millet olaraq bizi fakt qarşısında qoyub dünyada rusvay etmekdir.Nedir o?Qarabağa giren TİR-lerin üstünde “Tebriz”sözünün yazılması,yeni ay dünya xalqları baxı azerbaycanlılar budur:Şimalda qardaşlarını ermeniler qırır 20%torpağını işğal efir 30 il 1 milion insan qaçqın düşür,Cenub onun düşmenine kömek edir yeni bele bir millet dünyada var?

Turan 2021-10-23 20:44:58

Osmanlı tokatı

Said 2021-10-23 19:03:14

Vuran əlinə qurban olum əziz qardaşım......

Eli 2021-10-23 18:11:28

Bizim Dövletimizi ve Milletimizi Uca Tanrı qorusun.Biz bu gün tariximizin en hessas ve en mesuliyyetli dövrünü daha doğrusu Şerefli tarixi günler ini yaşayırıq.Rewionds çox qarışıq ve men deyerdim hessas prosesler gedir özü de çox güman ki bizim xeyrimize yeni Türk dünyasının ve bizim Azerbaycanın.Bir fakt demek isteyirem.1990-ci illerin evvellerinde Bakıya ve reqionlara çöx sayda İran mollaları gelirdi.Bizim “местный» mollalardan biri Tebrizde Cenubi Azerbaycanın Dini Lideri Melekkuti cenabları ile bir nece defe göruşmüş ve sonralar onun dameti ile isti münasibetleriolmuşdur Bu adam söhbet edirdi ki,Seyyid Eli Xomeneyi her gün işe başlayanda,Prezident Refsencaniye zeng vurub onunla Türkce danışar prezident ise deyermiş ki ağayi Xmenryi men türkce bilmirem axı,Xomeneyi de cavab veremiş ki bes men farsca danışa bilerrm sen niye türkce danışa bilmirsem öyrenmek lazımdır.Yeni demek isteyirem ki çox ince siyasi bir oyun oynanılır mence bu şille şapalaq meselesi de gelecek hadiselere start verilmesi kimi de qebul edile biler,çünki bunlar çox şille şapalaq deyirler axırda şille çz hedefini tapdı ve tapacaq.İranı türkler idare edtmiş,edir ve gelecekde de idare edecekler ancaq dövlet quruluşuna el gezdirenden sonra daha mükkemmel bir dövlet quruluşunda İnşaallah.

Eli 2021-10-23 15:38:11

Azerbaycan Türkleri artıq ayağa qalxır.Bu şille hem de türklere bir siqnaldır yeni qorxmayın men polkovnik kimi sizinleyem.Türkler esl meqamıdır ayağa qalxmalı ve bütün problemlerini hell etmelidirler.

miri 2021-10-23 14:52:59

Əhsən türk oglu. Sahib olaq ana Vətənə, o taylı, bu taylı. İnşallah

Son yazılar