Terrora açıq dəstək verdiyi, bəzi dövlət əleyhinə cinayətlərdə iştirak etdiyi üçün həbsə alınan Osman Kavalanın sərbəst buraxılmasına dair çağırış yayaraq, Türkiyənin məhkəmə sistemini hədəf alan və daxili işlərinə müdaxilə edən səfirliklər bu gün ard-arda geri çəkildiklərini təsdiqləyən açıqlamalar veriblər.
"AzPolitika.info" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın persona non-qrata elan edilməsinə dair göstəriş verdiyi səfirlər, öz diplomatik nümayəndəliklərinin Twitter hesablarında "Ölkələrin daxili işlərinə qarışmamaqla bağlı öhdəliyə sadiq qalacağıq" açıqlaması ilə çıxış ediblər.
Xatırladaq ki, Osman Kavala ilə bağlı qalmaqallı çağırışdan sonra Xarici İşlər Nazirliyi səfirləri nazirliyə dəvət edib. Səfirlərin çağırışının Türkiyənin məhkəmə sisteminə hörmətsizlik və daxili işlərinə müdaxilə olduğu ifadə edilərək, onların hərəkəti pislənilib.
Prezident Rəcəb Tayyib Ərdoğan isə xarici işlər naziri Mövlud Çavuşoğluna bununla bağlı təlimat verdiyini açıqlamışdı. "Mən xarici işlər nazirinə lazımi göstərişi verdim və görülməli olan tədbirləri söylədim: Bu 10 səfir dərhal “persona-non-qrata” elan olunmalıdır. Bunu dərhal həll edin" - deyə, bildirmişdi.
"Bura Türkiyə dövlətidir! Türkiyə bir qəbilə dövləti deyil! Ya bunu başa düşəcəklər, ya da gedəcəklər! Türkiyəni bilməyib və anlamadıqları gün, ölkəni tərk edəcəklər” - deyə, Ərdoğan əlavə etmişdi.
Ərdoğanın bu açıqlamasından sonra Türkiyəni hədəf alan bəyanata imza atan səfirlər səhvə yol verdiklərini etiraf ediblər və bir-birinin ardınca geri addım atdıqlarını nümayiş etdirən açıqlamalar yayıblar.

ABŞ SƏFİRLİYİNDƏN BƏYANAT
Beləliklə, ABŞ səfirliyindən verilən açıqlamada deyilir: "Birləşmiş Ştatlar, 18 oktyabr bəyanatı ilə bağlı yaranmış bəzi suallara aydınlıq gətirmək məsədilə bildirir ki, biz Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq qaldığımızı təsdiqləyirik".
HOLLANDİYADAN BƏYANAT
Eyni bəyanatla Hollandiya səfiri də çıxış edib. Niderlandın səfiri Marjanne de Kvaasteniet deyib: “Hollandiya 18 oktyabr tarixli bəyanatla bağlı yaranmış bəzi suallara aydınlıq gətirmək üçün Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq olduğunu təsdiqləyir”.
KANADA SƏFİRLİYİNİN AÇIQLAMASI
"Kanada, 18 Oktyabr bəyanatı ilə əlaqədar bəzi sualların ortaya çıxması səbəbindən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq olduğunu təsdiqləyir", - Kanada səfirliyinin bəyanatında deyilir.
YENİ ZELLANDANIN İZAHI
Yeni Zelandiya səfiri Wendy Hinton deyib: "Yeni Zelandiya, 18 Oktyabr bəyanatı ilə əlaqədar yaranmış bəzi suallara aydınlıq gətirmək məqsədilə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41 -ci maddəsinə sadiq olduğunu təsdiq edir."
İKİ SƏFİRDƏN RETWEET
Danimarkanın səfiri Denni Annan və Norveç səfiri Erlinq Skyonsberq ABŞ-ın bəyanatını retvit edib.
ALMANYA VƏ FRANSA DA GERİ ÇƏKİLDİ
Almaniya və Fransanın Ankaradakı səfirlikləri də ABŞ səfirliyinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq qaldığına dair bəyanatını retvit edərək eyni fikri bölüşüblər.
Beləliklə də Osman Kavala ilə bağlı açıqlama yayan ölkələrin səfirlərinin hamısı geri addım atıb.
VYANA KONVENSİYASININ 41-ci MADDƏSİ
1. Diplomatik imtiyaz və immunitetlərdən istifadə edən bütün diplomatik şəxslər bu imtiyaz və immunitetlərə ziyan vurmadan yerləşdiyi dövlətinin qanun və qərarlarına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar.
2. Səfirlik və nümayəndəliyin təmsilçiləri onları təyin edən dövlət tərəfindən tapşırılan rəsmi işləri səfirliyin və nümayəndəliyin yerləşdiyi dövlətin Xarici İşlər Nazirliyi və ya bu dövlətin razılığı ilə digər bir nazirliklə əməkdaşlıq əsasında həyata keçirir.
3. Səfirliyin və ya nümayəndəliyin binaları onların bu Konvensiya ilə və ya başqa beynəlxalq hüquq normaları ilə müəyyən edilən səlahiyyətlərini aşan, eləcə də səfirliyin və ya nümayəndəliyin təmsilçilərini təyin edən dövlətlə yerləşdiyi dövlət arasında qüvvədə olan razılaşmalarla bir araya sığmayan məqsədlər üçün istifadə edilə bilməz.
Elman
"AzPolitika.info"

Şərhlər
Tupurduklerini yalayanlardi bu avropa amerika alcaqlari
Dünyada özlərini güc və "demokrat" sanan bu zadlar, hayla kiminle dans etdiklerinin farkında bele deyiller. Bunlar hele de Türküyəyə 50 il öncenin gözü ilə baxır və onun bu günü ilə barışa bilmirlər. Ən kötüsü isə, o elçilerin Türküyeye basqısından şövqe gelen, içde “muhalif” adlanan zadların sessizliyidir. Onlar sanırlar ki, onların bu dış havadarları Erdoğanı yenecekler onlar da ikdidar olacaqlar. Ay özünüz öləsiniz. Sizin bu hayalınız, irelide geden koçun sallananını hep xeyal eden Tilkinin hayalına benzer.
Təşəkkürlər Türkiyəm! Təşəkkürlər cənab Rəcəb Tayyib Ərdoğan, təşəkkürlər Mövlud bəy!