Menu

"QARABAĞDAKI ERMƏNİLƏR ÜÇÜN STATUS MƏSƏLƏSİ YOXDUR" - "Bu, Ermənistanın məhv olması deməkdir"

31.10.2021, 12:06
"QARABAĞDAKI ERMƏNİLƏR ÜÇÜN STATUS MƏSƏLƏSİ YOXDUR" - "Bu, Ermənistanın məhv olması deməkdir"

Ermənistanın baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları məlum olub.

Bu barədə “Hayastan” (Ermənistan - Red) blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib.

İşxan Saqatelyan

İşxan Saqatelyan

İşxan Saqatelyan daha sonra  qeyd edib ki, görüş gərgin keçib:“Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Qarabağda qalan ermənilərə – Red) varmı, o, (Nikol Paşinyan- Red) “yox” cavabını verdi. Ona xitabən dedim: sən, əslində, 23-24 gün “biz qalib gələcəyik” qışqırdın, indi deyirsən ki, kapitulyasiyaya imza atacaqsan. Cavab verdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb”.

Deputat əlavə edib ki, kapitulyasiya Ermənistanın məhv olması deməkdir.

Şərhlər

Veteran 2021-11-02 12:21:21

Paşinyan kişi adamdır.

Cəmşid Dərələyəzli 2021-11-01 12:43:50

Hayla bu zad status deyir. Bu gerizəkalıya demək lazımdır , ay şərəfsiz sen Paşinyanın yerində olsa idin, bu vəziyyətdən sonra ne yapardın. Sizin bir yoliunuz var o da topunuzu dədələriniz gəldiyi Suriyanın təzəkli səhralarına göndərmək. Unutmayın ki, bu ağılla, o gün çox yaxındı.

Vuqar Memmed.oglu 2021-10-31 18:53:52

Bütün olub keçənlərdən sonra ,erməninin başını əzəndən sonra yerdə qalan bir ..ovuc..digaya status vermək nə anlama gələr?

Eli 2021-10-31 17:08:53

Bunlar böyüklü kiçikli çox gerizekalı milletdir.Bunlar mövcud reallığı başa düşe bilmirler ki bunları guya müdafie eden ölkeler - ABŞ ,Rusiya,Fransa, ve sair ölkeler ellerini çekseler bunlar ne günde olarlar.Tek Azerbaycan üç güne bunları yox eder ,men hele Türkiyye kimi super gücü demirem ki bunlar ona erazi iddiası ile çıxış edir.Ay bedebext ermeni Türkiyye tek bir dövlet olaraq bütün xristian dünyadına Kişi kimi meydan oxuyur,Haqqını qoruyur ve diger ölkelere edaletli olmağa bu super güclerden teleb edir.Sen bele bir dövlete ,bele bir milletemi buynuz göstermek isteyirsen .Bedbextler indi kömek etsin de sene ABŞ,Rusiya,İran,Fransa ve s.dövletler niye etmirler?Bunu qanmaq lazımdır buna işleyen qafa lazımdır o da bunlarda yoxdur be heç vaxt da olmayacaq.

B.Qarabağlı 2021-10-31 17:06:05

DQMV, yaxud ki, HKAO statusunu işğalçı Ermənistan hələ 1987-1988 ci illərdə ərazisinin tarixi sahibləri-azəri türklərini zor-deportu ilə və daha bir beynəlxalq cinayətkar DQMV ni özünə birləşdirmək fərmanı ilə erməni vətəndaşların adekvat hüquqlarından çıxarıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol