“Biz müəyyən etmişik ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib”.
“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yalnız təqsirləndirilən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib: “Biz istintaq gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən etdik ki, həmin şəxslərin günahı yoxdur. Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub.
Bu, hər bir azərbaycanlı üçün qara ləkədir. Bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Belə hallar əvvəllər də olub. Belə şəxslərə qarşı mübarizə aparılıb, cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə məsuliyyətinə verilib. Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı”
“Tərtər işi”ndə təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra məhkum olunmuş şəxslər həmin hökmlərdən apelyasiya şikayəti verdi. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Həm apelyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb.
Bununla yanaşı Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi.
Şəxsən özüm, eləcə də hərbi prokurorun müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov həmin hərbi hissəyə getdik. Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıldı. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi.
Oradakı şəxsləri müayinə etdi və hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirdi. Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apelyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı".

Şərhlər
Sən hansı sifətlə camaat üzünə çıxırsan Vəliyev?
Vəliyevlər Azərbaycan xalqının şüurunda özlərinə qarşı elə bir nifrət formalaşdırıb ki, onların hakimiyyətdə təmsil olunduğu hər gün iqtidarın ciyərini yeyir. Hər nə səbəbdən bunları rədd edə bilməməkləri dən asılı olmayaraq bütün iqtidarın faciəsidir və tarixdə daima qara ləkə kimi qalacaqdır.
O zaman hikmet hesenov niye hebs edilmir rovsen ekberov kimi
Bu işgəncələri hansı ki bizim hərbiçilərə verriblər,onu ancaq qanında düşmən qanı erməni qanı olanlar edə bilərlər. Təmiz qanlı heç bir kəsöz millətinə qarşı belə şərəfsizlik vicdansızlıq etməzdir. Yoxlasalar hamısı erməni çıxacaq
Bu adam, hardasa 2 ay öncə bütün bu amansız işgəncələri nağıl adlandırmışdı... Nə oldu, vicdanı hardan peyda oldu???
ORDUMUZ MÜQƏDDƏSDİR.ONA QARŞI EDİLƏN CİNAYƏT VƏTƏNƏ ,XALQA,DÖVLƏTƏ XƏYANƏTDİR.BELƏLƏRİNƏ QARŞI HEC BİR GÜZƏŞT OLA BİLMƏZ.,
Tərtər işinin abyektif aparılması üşün dövlət səviyəli komissiya yaradılmalı və komissyanın rəyi əsasında hüquqi qiymət verilməlidir.
Heç şübhəsiz ki, bütün alçaqlıqların, əclaflıqların, vicdansızlıqların, xainliklərin cəzası ən qısa zamanda veriləcək, şərəfsizlər layiqli cəzalarını alacaqlar!
Bu şexs çooooxdan hebsxanada olmali idi.Demek ki esas cezasi axirete buraxilir.
"Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib." Məgər işgəncənin qanunisi də olur? Ruslarda bir söz var: debil!
Bu elə danışır ki, sanki bunun heç bir şeydən xəbəri yoxdur!!! ALLAH hər şeyi bilir! Bunu görəndəi insan olduğuma xəcalət çəkirəm. ALLAH bunların üzünü qara eyləyər, inşallah!!!
bir neçə ay qabaq deyirdi ki,bu söhbətlər nağıldır.
Bu Terter hadiseleri tam açılıb an azında ictimaileşdirilmelidir ve cinayetkarlar en ağır ceza almalıdırlar.Bu Ordunun ve Milletin Şeref meselesi kimi qebul olunub axıra çatdırılmalıdır.Züim ve züimkarlarla elbir olanlar da onlar qeder cezaya layiq görülmelidirler.Yoxsa bu iş başa çatmasa hamımızın alnında bir qara leke kimi qalacaq ve bizim bütün düşmenlerimşzin elinde bize qarşı hemişe bir fakt kimi tarixde qalacaq.Allah cezalarını versin öz milletine qenim kesilenlerin.
Çox şükür!!! Axır ki, bu hərbi prokurorluğun işində böyüklükdə biabırçılıq olub və buna birbaşa cavabdeh və məsul olan olan hərbi prokuror neçə il sonra yuxudan ayılıb xəbər tutub."Qara ləkə"...Doğrudur ..." Qapqsra ləkədir" Sənin sifətində apaçıq görünür....
Allah bu zülmü yerde qoymaz. İnsanın insana zorakılığı ne demek heleki veteni qoruyan esgere qarşı zor teybin etmek.
Maraqlıdı. Hərbi Prokror bunca ictimai basqılardan sonra üzə çıxır və bunları söyləyir. Hərbi Prokror anlayırmı ki, zamanında operativ surətdə Tərtər hadisələrinə müdaxilə etməmələri səbəbindən Azərbaycanın ordusuna, onun Ali Baş Komandanının nüfuzuna nə qədər zərbə vurublar. Həm də Əsgər ailələrinə. Bəs bunu bədəlini kim ödəyəcək. İnanırıq ki, məhz hadisə baş verən anda hüququn keşiyində durmalı olan, o zamanki Baş Prokror və müavinləri layiqli cəzalarını alacaqlar. Ölkə Başşısı bu bədəli onlara ödətdirəcəkdir. Həmçinin də, Tərtər hadisəsinin baş əmirverəni kim olubsa onun da.
Ən böyük qara ləkə Səfər Əbiyevin Azərbaycan əsgərlərini ....Siz həmin cinayət işini bağladınız.