Menu

Ukrayna və ABŞ prezidentləri Donbasdakı vəziyyəti müzakirə edib

02.11.2021, 16:01
Ukrayna və ABŞ prezidentləri Donbasdakı vəziyyəti müzakirə edib

“ABŞ Prezidenti Cozef Baydenlə söhbət zamanı Donbasda təhlükəsizlik məsələsini müzakirə etdik. ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməkdə davam edir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenlə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP26) Tərəfdarlarının 26-cı Konfransı çərçivəsində görüşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol