"Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir".
Bu barədə Müdaifə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir: "Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib.
Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır.
Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilib.
Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür.
Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir.
Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir.
Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik.
Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir".

Şərhlər
onu ora buraxan rusdu! iradimizi rusa bildirmeliyik . bilesiz ! yoxsa daldan atilan dash kimi qôrsenir notamiz ! rusada serf elemir barishiq! cetin cixallar onnar ordan , moldovada nece illerdi ordadilar , cixartada bilmirler,
Onu ora rusiya gonderib ki gerginlik davam etsin sulh meselesi uzansin cunki pasinyan ozu de sulhe razidi qarabagin bizim torpaqlarimiz oldugunu qebul eliyir.niye o serefsiz bizim torpagimiza gelib qayidannan sonra metbuata xeber sizdirirlar bes sulhmeramli dediyimiz o qanicenler niye bizim olkeye melumat vermeyib gelende.cunki teskilatci ruslardi ozbasina addim ata bilmez hec bir ermeni memur bizim torpagimiza en azindan qorxusunnan.eslinde xeberdarligi rusiya hokumetine elemek lazimdi
Onu Qarabağa buraxan "sülhməramlıların" yiyəsinə birbaşa dövlət səviyyəsində nota verilməli, 3 il 6 aydan sonra onların Qarabağda qalmasının qeyri-mümkün olacağı xatırladılmalı və Laçın dəhlizində pusqu qurularaq dığaların yüksək çinli dövlət məmurlarından biri həbs edilməlidir.Bundan sonra hər şey qaydasına düşəcək.