Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır. Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.
Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən bildirilib.

***
Azərbaycan-Ermənistan sərhədində yerləşən və ordumuz tərəfindən bu ilin may ayında nəzarətə götürülən Qaragöl ərazisində hərbi qarşıdurma baş verməsilə bağlı məlumatlar yayılıb.
“AzPolitika.info” xəbər verir ki, “Caliber” teleqram kanalı sözügedən əraziyə soxulmaq istəyən 50-dək erməni hərbçisinin Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mühasirəyə alındığını yazıb: “Qaragöl ətrafında keçirilən “gecə əməliyyatı” Ermənistan silahlı qüvvələrinin növbəti epik iflası oldu. Erməni teleqram kanalları növbəti dəfə arzuladıqlarını reallıq kimi təqdim edərək, guya ki, “Qaragöl ətrafındakı bəzi mövqelərin Ermənistan silahlı qüvvələrinin nəzarətinə götürülməsi” barədə xəbər yayırlar. Onları məyus etməli olacağıq. Ermənistan ordusunun 50-dək hərbçisi məhz bu istiqamətdə mühasirəyə düşüblər. Bundan başqa, erməni hərbçiləri bütün gecəni 10 dərəcəlik şaxtada qidasız və istiliksiz oturaraq, çıxılmaz vəziyyətə düşüblər. Tezliklə maraqlı təfərrüatlar olacaq.”
Daha sonra sözügedən kanal hadisənin təfərrüatları barədə məlumat yayıb: “Erməni nazirin səfəri 50-dək erməni hərbçisinin mühasirəyə düşməsilə əlamətdar olub. Öz fərsiz sələflərindən necəsə fərqlənmək qərarına gələn müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə tapşırıq verib ki, Qaragöl ətrafında dislokasiyanı dəyişərək, Azərbaycan-Ermənistan sərhədində daha əlverişli mövqelər tutsunlar. O, şəxsən atıcı silahlar və hərbi sursatlarla təmin olunmuş 50-dək hərbçinin iki ”Kamaz”da sərhədə göndərilməsi barədə əmr imzalayıb.
Nazirin əmrinə əsasən onlar Azərbaycan Ordusuna aid postları birləşdirən yolları nəzarətə götürməli idilər. Metal tor konstruksiyalarla yolu bağlayan erməni hərbçiləri Azərbaycan Ordusunun mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qəti müqaviməti ilə rastlaşdıqları üçün geri çəkiliblər.
Yarım saat keçməmiş əraziyə Azərbaycan xüsusi təyinatlılarının dəstəsi gəlib. Bundan sonra erməni hərbçiləri mühasirəyə alınıb. Erməni hərbçiləri ərazidəki fəaliyyətlərini dayandırmalı olublar. Bundan başqa, arxa cəbhə ilə əlaqəni itirən erməni hərbçiləri 10 dərəcəlik şaxtada isti yeməksiz, susuz və isitmə üçün lazım olan vasitələrsiz(odunsuz) qalaraq, çıxılmaz vəziyyətə düşüblər. Bizim hərbçilər isə onlardan fərqli olaraq, çadır, ərzaq və istiliyə malik olublar. Nəticədə hər şey “zinvorlar”ın bizim əsgərlərdən yemək və su istəməsilə nəticələnib(həyasızlığın dərəcəsi doğrudan da heyrətə gətirir). Situasiyanı Rusiya sərhədçiləri yoluna qoyublar. Yalnız onların Azərbaycan komandanlığına müraciəti erməni tərəfinin öz ayağı ilə oradan rədd olmasıyla nəticələnib.”
Yəqin ki, yuxarıda qeyd edilən insidentlə bağlı rəsmi məlumat veriləcək. Ümumilikdə isə son günlər Kəlbəcər istiqamətində Azərbaycana aid texnikanın atəşə tutulması, Ermənistanın müdafiə nazirinin Qarabağa səfər etməsi və müxtəlif istiqamətlərdə gərginlik yaratmaq cəhdləri erməni tərəfinin yeni təxribatlara əl atmaq istəyindən xəbər verir.
C.Məmmədov
“AzPolitika.info”



Şərhlər
Her defe texribat toredecekler biz tutaciq rus deyecek burax.bele bele davam eliyecek sulhde olmayacaq yene rusun istediyi olacaq
Bizim bir gözel El meseli var:İgid basdığın kesmez.Biz igidliyimizi,Esger ve zabitlerimizin Kişi kimi döyüşdüyünğ,leyaqetimizi döyüş meyddnındd göstermişik.Bunlar meğlub olmuş,yaman güne düşmüş bir ordu,bedbext,heqiqeten gerizekalı bir milletdir,bunları yüngülvari hede qorxu ile yerinde oturdacağıq.Bunlar artıq yoxdurlar ve teşvişe ehtiyac yoxdur.
Rusiya qarabagda hele cox oyunlar oynayacaq.bir sey deqiqdi ki sulhe imkan vermir.sulh olsa bele bir sertle olacaq ki rus qosunlari qarabagda daimi qalsin.ele sulhdense olmasa yaxsidi
ermənilər arxayındırlar,bilirlər ki,Putinin tapşırığı ilə Rüstəm Muradov gəlib onları azad edəcək.
Ermeniler esir göturulmeli idi.Bu guzeştler bize "Ermenistani" qazandirib.Tarixden ibret almaliyiq.
ONLARI RUSLAR TƏLİMATLANDIRIB GÖNDƏRİB. ƏSİR GÖTÜRÜLMƏYƏCƏKLƏRİNƏ TƏMİNAT VERİB. SƏBƏBİNİ HAMI BİLİR. AMAA HEÇ KİM DİLİNƏ GƏTİRMİR. ÖLÜM OLSUN MURDAR CANINA.