ƏLİ HƏSƏNOVLA BAĞLI BÖYÜK MÜƏMMA ÇÖZÜLDÜ – Bacanağı onun həbs olunmamasının sirrini açdı

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "KİVDF işi" üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərin ifadəsi və onların arasında baş verən mübahisə xeyli qaranlıq məqamlara işıq salıb.

Məlumdur ki, jurnalist binalarının tikintisinə ayrılmış dövlət vəsaitlərinin əhəmiyyətli hissəsi ləğv edilmiş KİVDF rəhbərliyi və tikintini aparan "Portos" MMC tərəfindən mənimsənilib. Məhkəmədə ona aydınlıq gəlib ki, milyonlar necə, kimlər tərəfindən ələ keçirilib və hansı üsulla qaytarılıb...

Prosesdə təqsirləndirilən şəxs, "Portos" MMC-nin direktoru olmuş Ədalət Vəliyev ifadəsində bildirib ki, onu vəzifəyə təsisçi təyin edib. "Portos" MMC-də direktor olmasından isə iki ay sonra xəbəri olub:

"Mən nə işə getmişəm, nə binaya. Mən, sadəcə, şirkətin mühasibinin verdiyi sənədlərə qol çəkmişəm. Heç oxuyub-yaza da bilmirəm. Ona görə bilmirdim həmin sənədlərdə nə yazılıb. Guya məni işə götürüblər. İki ay sonra bildim ki, direktor olmuşam. Sadəcə, səhlənkarlıq edib inanmışam. İşlədiyim müddət ərzində də cəmi iki aylıq 1002 manat pul almışam".

Məhkəmədə məlum olub ki, Vəliyev dövlətə vurulmuş ziyanın əvəzi olaraq 1 milyon manat nağd pul və 35 milyonluq daşınmaz əmlak verib. Digər təqsirləndirilən şəxslərin vəkilləri ondan soruşub ki, əgər onun heç bir qazancı olmayıb, hətta işlədiyi müddətdə normal qaydada maaş belə almayıbsa, bu qədər vəsaiti niyə ödəyib? Başqa bir sual da belə olub ki, həmin pul və əmlaklar onda haradan idi? Yox, əgər özü ödəməyibsə, sadəcə, onun adından ödənilibsə, həmin şəxs kim olub?

"İstintaq tələb elədi, mən də verdim...", – Vəliyevin cavabı belə olub.

Vəkillər ondan sözügedən daşınmaz əmlak(lar)ın harada yerləşdiyini soruşsalar da, Vəliyev əmlakın yerini deyə bilməyib: "Harada yerləşdiyini bilmirəm". Daha sonra prosesdə iş üzrə barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədov Ədalət Vəliyevlə üzləşdirilib və bu zaman mübahisə yaranıb.

Nadir Məmmədov deyib: "Sən 32 milyonu hardan alıb ödəmisən? Yekə adamsan, kimsə o pulu sənə verib, sən də ödəmisən. 63 yaşım var mənim, 8 aydır həbsdəyəm. Mən ölürəm artıq".

Ədalət Vəliyevin ifadəsindəki ziddiyətli informasiyalar məsələnin mahiyyətinə aydınlıq gətirir. Məlum olur ki, onu direktor vəzifəsinə təsisçi təyin edib, amma özü bundan iki ay sonra xəbər tutub. İşi isə sənədlərə qol çəkmək olub. Deməli, Ə.Vəliyev həmin vəzifəyə "Portos" MMC-nin həmin dövrdə əsas sahibi olan PA-nın keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən formal olaraq təyin olunub. Niyə məhz Ədalət müəllim? "AzPolitika.info"nun əldə etdiyi məlumata görə o, Əli Həsənovun yaxın qohumu -bacanağıdır. Sadə dillə ifadə eləsək, mənimsəmə əməliyyatlarında Vəliyevin adından, imzasından istifadə olunub. Keçmiş direktor etiraf edir ki, yazıb-oxuya bilməyib, cəmi 500 manat maaş alıb. Burada Vəliyevin bir imzası ilə milyonlarla manatı cibə qoyan təsisçinin insafsızlığı, tamahkarlığı başqa bir mövzudur. İlk baxışdan ziddiyətli, əslində məlum olan məsələ bu fağır direktorun istintaqa 35 milyonluq əmlak, 1 milyon nağd pulu necə, haradan ödəməsidir. 500 manata qol çəkən, elementar savada malik olmayan Ədalət Vəliyevin belə bir imkana sahib olmadığı aydındır. Prosesdə etiraf edir ki, həmin əmlakın harada yerləşdiyindən belə xəbərsizdir. Bu gerçəkliyi təqsirləndirlən Nadir Məmmədov onun üzünə çırpıb: "Sən 32 milyonu hardan alıb ödəmisən? Yekə adamsan, kimsə o pulu sənə verib, sən də ödəmisən..."

Mənzərə tam aydınlaşır: sözügedən əmlak və pul kimə məxsus olub? Cavab ritorikdir - "Portos" MMC-nin təsisçisinə. Həmin dövrdə şirkət kimin əlində olub? - Əli Həsənovun!

Beləliklə, keçmiş şöbə müdirinin cinayət məsuliyyətindən necə yaxa qurtardığına aydınlıq gəlib: O, 3 binanın tikintisində korrupsiya yolu ilə əldə etdiyi vəsaitlərin əvəzində 35 milyonluq əmlak və 1 milyon nağd pul ödəyərək, canını həbsdən qurtarıb. Bunu isə çox böyük ehtimalla, məqsədli şəkildə bacanağının dilindən məhkəmədə cəmiyyətə açıqlayıb. Amma maraqlıdır ki, dövlətə dəymiş ziyanın ödənilməsi haqda nə istintaq materiallarında məlumat var, nə də məhkəmədə bu barədə açıqlama verilib...

Onu da qeyd edək ki, Əli Həsənov hazırda evində istirahət edir, arabir isə sosial şəbəkələrdə dövlətçilikdən, vətənpərvərlikdən statuslar paylaşır...

Dövlət vəsaitlərinin talanmasında istifadə olunan "Portos" MMC-nin aqibətinə gəlincə, Dövlət Vergi Xidmətinin informasiya bazasında yerləşdirilən informasiyadan görünür ki, şirkət Əli Həsənovun əlindən çıxıb. Belə ki, MMC-yə Dövlət Reyestrindən son dəfə verilmiş çıxarışın tarixi kimi 17.02.2021-ci il göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi isə Səfərov İlqar Şamil oğludur. Ehtimal ki, korrupsiya qalmaqalından sonra keçmiş şöbə müdiri şirkətdəki hissələrini əvvəlki sahibi Mehrac Babayevə qaytarıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-12-24 13:32:48

Samir adı ilə yazana: Siz yazırsınız ki, "Həzrət Abbas haqqı fərasətli oguldu bizim bu Tagı qaqamız .Apar bunu qoy səhranın ortasında, yaxud quru asfaltın üstünə, ordan pul çıxaracaq. Yap-ın 1000- 2000 manat qəpik qurumunamı dolanacaqdı?..." mən isə sizinlə razılaşmıram. 1-cisi 40 il, yemə-içmə əmək haqqını yığ, gəlib əlindən alsınlar (bu həqiqətə oxşamasa da), 2-cisi bu məqaləyə əsasən 2 milyonu sələm verib, fakt əlindən çıxıb, bunu da Tağı qağan 25 illik əmək haqqısını yeməyib, yığmışdı. İndi sizsə deyirsiz fərasətıi oğuldu, axı 65 il (40+25) bu adam əmək haqqsını yığıb və əlindən alıblar, hansı fərasətdən danışırsan???...

İİM. 2021-11-21 22:11:20

Dağlıq Qarabağı inkişaf etdirmək üçün böyük məbləğdə pula ehtiyac var.. O pullar məmurların cibindədir. O pulları məmurlardan almaq üçün qanuni yolu, onların rəhbərlik etdikləri qurumları yoxlamaqla, milyonları əldə etmək mümükündür. İcra Hakimiyyətlərini, Nazirlikləri, komitələri, Azərsuyu və tabeliyində olan idarələrini, Melorasiyanı və tabeliyində olan idarələri və s. bəsdir ! Onların cibində milyonlar yatır ?

Roma 2021-11-14 10:58:52

Əli Həsənov Vüqar Səfərlinin xaç atasıdır, həbs olunmalıdır...

Imdad 2021-11-13 23:51:52

AMEA-da Ramiz Mehdiyev olan qalan elmi də məhv edir. Fabrik-zavod qanunları ilə institutları idarə edir. Bir sözle alimlərə qan uddurur. Yazıq alimlər əsarət altındadırlar.r.

Adil 2021-11-13 21:55:14

Eli Hesenovun qardawida Sabuncu icra hakimiyyetinde ruwvet yigan kimi taninirdi!

Ballı 2021-11-13 17:49:47

Bu işleriin başı Ramiz Mehdiyevdir. Nədənsə adını çəkən yoxdur.

Alimlər 2021-11-13 17:20:24

Hər şeyin başįnda duran, bunları himayə edən o Ramiz Mehdiyevdir. Nə Vüqar Səfərli nə də Əli Həsənov özbaşına olmayıb. Bəs Ramiz Mehdiyevin adı niyə çəkilmir??? Zülim edir AMEA-nın yazıq, qəpik-quruşa işləyən alimlərinə.

Musa 2021-11-13 07:22:57

T'əəssüflər olsun ki,qanunsuz ev alanlar və ev verənlərlə bağlı istintaq aparılmadı.Məsələn H.Bababa oğlu coban Arif Əsədova ev vermişdi bu araşdırılmadı

t.ədalət 2021-11-12 18:59:23

Əli H\əsənovu vəzifəyə təyin edəndə YAP-çılar onun ...

Roma 2021-11-12 17:31:14

Əli Həsənov barədə bir nəfər yazmışdı ki, "gördüm, köynəyinin boynu və qalstuku üzülüb-süzülüb, buna bir küynək-qalstuk hədiyyə etdim və bunu, sonradan 1-2 dəfə də təkrarladım, lakin bir müddət keçəndən sonra aylarla qəbuluna düşə bilmədim"....aydındır, aftafa görməyən arxanın xorultusu məsəli...

Səlimov Aydın 2021-11-12 17:29:56

Necə olub ki, uzun illər ərzində Prezidentin gğzü önünndə olan Əli Həsənov belə əməllərlə məşğul olub və onu görən,bilən olmayıb? Bu idarəçilik biabırçılığı deyilmi?b

Son yazılar