Menu

DAHA BİR GENERAL İŞDƏN ÇIXARILDI - DİN-dən səbəbi də açıqlanıb + FOTO

12.11.2021, 15:55
DAHA BİR GENERAL İŞDƏN ÇIXARILDI - DİN-dən səbəbi də açıqlanıb + FOTO

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. 

Şərhlər

esger 2021-11-18 17:07:41

son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıbsa bunu siz İŞDƏN ÇIXARILDI niyə yazırsınız axı o çıxıb rahat istirahətə onu qovsaydılar yazdıgınız başlıq düz olardı Milləti çaştirmayın və kadr təmizləmə görüntüsünü yaratmayın

Çingiz 2021-11-13 00:28:42

Dövlətorqanlarını ailə podratına çevirmək Azərbaycanı çıxılmaz,əhalisini dözülməz vəziyyətəsalır.

Saleh 2021-11-12 23:51:00

Bes o biri kaftarlar? Bu adam onsuz da ele bir fiqur deyildi. DQ-nin komandanının Şahin Məmmədovun da 60 yaşı tamam olub, DİN-in aparatındakı qocalar evinin nümayəndələri de var. Vilayət Eyvazovun digər müavinləri. Meselen Oruc Zalov 70 yaşı olacaq, Fazil Quliyev 64 yaş. Bəs bunlar ne vaxt göndəriləcək təqaüdə?

Gündüz 2021-11-12 17:32:46

Bəli,qohum-qudalıq, ... başda oturdulmasının ağrısı böyükdü. Azərbaycanı silkələyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol